Icma.az
close
up
RU
Bakıda “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” mövzusunda forum keçirilib AZƏRTAC

Bakıda “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” mövzusunda forum keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə “Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” mövzusunda Qlobal Beyin Mərkəzləri Forumu keçirib.

AZƏRTAC xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov forumun “Qlobal iqlim dayanıqlılığı üçün yaşıl maliyyə: Strategiyalar və innovasiyalar” (mövzusunda keçirilən sessiyasında çıxış edib, yaşıl maliyyələşmənin kənd təsərrüfatında tətbiqi məsələlərindən danışıb. “Yaşıl subsidiyalar”a keçid prinsiplərinə diqqət çəkən direktor bildirib ki, gələn ildən ölkəmizdə subsidiyaların verilməsində diferensial yanaşmanın tətbiqi nəzərdə tutulur. Bu yanaşmaya görə, pivot suvarma tətbiq edən fermerlər digər suvarma üsullarından istifadə edən fermerlərlə müqayisədə daha çox subsidiya alacaqlar.

Sessiyada ümumilikdə yaşıl istiqrazlar, dayanıqlı investisiya mexanizmləri və maliyyə sektorunun iqlim məqsədlərinə töhfəsi məsələləri də müzakirə edilib.

Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak ediblər.

Forum çərçivəsində yaşıl iqtisadiyyat - iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uyğunlaşdıraraq davamlı inkişafın təmin edilməsi modeli mühüm müzakirə predmeti olub. İştirakçılar karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl maliyyə mexanizmlərinin tətbiqi və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin vacibliyini vurğulayıblar.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişmələrinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyub. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri