Icma.az
close
up
RU
Bakıda qorxulu vəziyyət: ölənlər ola bilər Hazırda oturub gözləyirlər

Bakıda qorxulu vəziyyət: ölənlər ola bilər Hazırda oturub gözləyirlər

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Bakıda müşahidə olunan yağışlı havanın daha iki gün davam edəcəyi, nəticədə küçə və prospektlərdə subasma hallarının yaşanacağı bildirilir. Bu xəbərdarlıq ictimaiyyətdə növbəti təhlükə ilə bağlı xəbərdarlıqları artırıb.

Hazırda paytaxtın hansı ərazilərində risk var? Təhlükəsizliyi artırmaq üçün hansı tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, yağışlar çox ciddi fəsadlar verəcək:

“Çünki yollarda yağış sularının idarə edilməsi üçün doğru-düzgün sistem qurulmayıb. Buna görə də yağış suları asfalt səthində qalır, sonra maşınlar suyu sıçradıb səkilərə, ətrafa atırlar. Nəticə etibarilə su torpağa çökür və yollarımızın bir çoxunun alt hissəsinin bərkidilməsi yaxşı vəziyyətdə olmadığına görə çökmələr baş verir. Təəssüf ki, buna görə də getdiyimiz yolun nə vaxt çökəcəyini bəri başdan proqnozlaşdıra bilmirik. Hər an çökə bilər. Belə qeyri-müəyyən vəziyyətdəyik”.

Elməddin Muradlı yağış zamanı yollarda baş verən fəsadlara görə aidiyyəti qurumları günahlandırıb:

“Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYNA), Bakı şəhər və rayon İcra Hakimiyyətləri də bu dəqiqə önləyici tədbir görmürlər. Oturub gözləyirlər ki, hardasa yol çöksün, onlar da gedib problemi aradan qaldırmaq üçün dövlətdən bir az pul alsınlar ki, yol yenidən çəkilməlidir. Bunların başqa işi-gücü yoxdur!”

Nəqliyyat eksperti baş verə biləcək qəzalarla bağlı narahatlığını bildirib:

“Yollarımızın bir çoxunu analiz etsək, görərik ki, istismara yararsız vəziyyətdədir, ciddi təhlükələr var. İndi yağan yağışlar məni qorxudur, narahatam ki, haradasa mütləq fəsad verəcək. İstəməzdim, amma bu, qaçılmazdır! Çünki yağış sularının idarə olunması üçün yollarda heç bir normal sistem yoxdur. Şəhərin mərkəzi küçələrinə baxıram, yağış yağdıqdan sonra su yolun ortasında qalır, maşınlar da o suyu hər tərəfə sıçradır. Su axmağa yer tapmır! Bu məsələlərə ciddi yanaşmaq lazımdır. Burada yol təsərrüfatı ilə yanaşı, insan həyatından söhbət gedir. Yol təsərrüfatı düzgün qurulmayanda insanlar həyatını itirir. Bunu belə qəbul etmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri