Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Bakıda robot işçilər: İşsizliyin yeni çağı, yoxsa texnologiyanın inqilabı?

Bakıda robot işçilər: İşsizliyin yeni çağı, yoxsa texnologiyanın inqilabı?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda mağazalardan birində müştərilərə xidmət göstərən robot işçinin fəaliyyəti son günlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bu yenilik bir tərəfdən texnologiyanın həyatımıza sürətlə inteqrasiya etdiyini göstərsə də, digər tərəfdən gələcəyimizlə bağlı müxtəlif suallar doğurur. Robotların ticarət sahəsinə daxil olması, müasir dövrün tələbi kimi görünsə də, bu cür texnologiyaların işsizliyə təsiri və onların insanlar üçün zəruriliyi barədə fikirlər haqlı olaraq birmənalı qarşılanmır. Belə bir sual yaranır: yaxın gələcəkdə Azərbaycanda robotlar hansı sahələrdə daha geniş tətbiq olunacaq və bu, əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilərmi? Xüsusilə mağazalarda robot işçilərin tətbiqi nə qədər effektiv və faydalıdır?Bu barədə Moderator.az- a danışan Naxçıvan Dövlət Universitetinin "Ümumi hüquq" kafedrasının müəllimi, hüquqşünas Yunis Xəlilov deyir ki, texnologiya hər keçən gün həyatımızın daha dərin qatlarına nüfuz edir. Bugün bir çox ölkədə robotlar insanları əvəz etməklə deyil, onları tamamlayaraq müxtəlif sahələrdə effektivliyi artırır:

"Artıq Azərbaycanda da bu texnoloji inqilabın ilk addımları atılmağa başlanıb. Xüsusilə, xidmət sektoru, səhiyyə, təhsil və hətta kənd təsərrüfatı kimi sahələrdə robotların geniş tətbiqi yaxın illərdə reallığa çevrilə bilər. Qeyd edək ki, Bakıda artıq bəzi yerlərdə müştərilərə robotlar xidmət göstərməyə başlayıb. Bu, ilk addımlar olsa da, maraq və inkişaf perspektivləri göstərir. Azərbaycanda robot texnologiyalarının yaxın gələcəkdə üstünlük təşkil edəcəyi sahələrə dair proqnozlara gəldikdə, deyə bilərik ki, bu ilk növbədə böyük ehtimal, xidmət sektoru olacaqdır. Düşünürəm ki, ölkəmizdə yaxın gələcəkdə robotlar mağazalarda kassir, bələdçi və ya məlumat xidməti göstərən işçi kimi fəaliyyət göstərə biləcəkdir. Dünyada olduğu kimi Azərbaycanda da avtomatlaşdırılmış sifariş sistemləri və robot ofisiantlar yaxın gələcəkdə populyar ola bilər. Robotların bələdçi və ya otel resepsiyonisti kimi istifadəsi Azərbaycanın turizm sektorunda yeni bir rəqabət üstünlüyü yarada bilməsi də ehtimallarım arasındadır. Düşünürəm ki, tibb sahəsində də robotlardan istifadə qaçılmaz olacaqdır. Belə ki, cərrahi əməliyyatlarda robotlardan istifadə ediləcək, xəstəxanalarda isə dərman paylanması və xəstə baxımı sahələrində robotlatın  "əməyi"ndən faydalanılacaqdır. Gələcəkdə ölkəmizdə robotların fəaliyyətinin logistika və anbar idarəçiliyinə də nüfuz etməsi gözlənilir. Yəni malların çeşidlənməsi və daşınması proseslərində robotlaşdırılmış sistemlərin istifadəsi mümkündür. Avtobus və taksi sürücülərinin robotlarla əvəz edilməsi artıq dünya ölkələrində sınaqdan keçirilir və fikrimcə, Azərbaycanda da bu tendensiya yaxım gələcəkdə yayılacaqdır. Tədris prosesində tədris materiallarını çatdırmaq və digər işləri görmŕk üçün robotlardan istifadə edilə bilər".

Y.Xəlilov robotların insanları əvəz etməsi işsizliyə səbəb olması məsələnin mübahisəli olduğu qənaətindədir:

"Çünki bu suala iki aspektdən də cavab vermək mümkündür: Mənfi və müsbət tərəflər. Düzdür, robotların işçi qüvvəsini əvəz etməsi bəzi iş yerlərinin  azalmasına səbəb ola bilər. Xüsusilə təkrarlanan və aşağı ixtisas tələb edən işlərdə çalışan insanlar işlərini itirə bilər. Lakin o da unudulmamalıdır ki, yeni texnologiyalar yeni iş yerlərinin yaranmasına şərait yaradır. Robotların istehsalı, proqramlaşdırılması, texniki xidməti və idarə edilməsi sahələrində yüksək ixtisaslı mütəxəssislərə ehtiyac artır. Son illər texnologiyanın inkişafı ilə robot işçilər artıq mağaza vitrinlərində və xidmət masalarında görünməyə başlayıb. Bir tərəfdən, bu yenilik müştərilərə sürətli və dəqiq xidmət göstərmə imkanı yaradır, digər tərəfdən isə insani ünsiyyətin azalması kimi narahatlıqlar doğurur. Azərbaycanda isə ilk robot işçilərin mağazalarda görünməsi cəmiyyətin diqqətini çəkib".

Müsahibimiz hesab edir ki, mağazalarda robot işçilərdən istifadə bir çox hallarda faydalı ola bilər:

 "Hər şeydən əvvəl, robotlar insanlardan daha dəqiq işləyə və yorulmadan fəaliyyət göstərə bilər. Həmçinin robotlar çoxdilli xidmət göstərə və müştərilərə şəxsi yanaşma təmin edə bilər. Bundan başqa, uzunmüddətli perspektivdə işçi maaşlarından və təlim xərclərindən qənaət etmək olar.

Lakin bütün bu üstünlüklərinə baxmayaraq, bəzi məhdudiyyətlərin də olmasını gözdən qaçırmamaq lazımdır. Belə ki, unutmaq olmaz ki, insan müştərilər hələ də müəyyən sahələrdə insani əlaqəyə üstünlük verir. Xüsusilə, müştəri məmnuniyyəti ilə bağlı məsələlərdə robotlar tam effektiv olmaya bilər. Bir çox ölkə artıq bu sahədə ciddi əməli addımlar atıbdır. Məsələn, Yaponiyada robot işçilər supermarketlərdə kassir və ya bələdçi  kimi geniş istifadə olunur. Məşhur "Pepper" robotu müştərilərə bir çox sahələrdə xidmət edir. Qeyd edim ki, Pepper Yaponiyanın texnologiya nəhəngi "SoftBank Robotics" tərəfindən hazırlanmış bir humanoid robottur və dünyada insan emosiyalarını "tanıyıb" qarşılıq verən ilk robotlardan biri kimi tanınır. 2014-cü ildə təqdim olunan Pepper əsasən xidmət sektorunda – mağazalar, restoranlar, banklar və digər ictimai yerlərdə istifadə üçün nəzərdə tutulub. Onun hündürlüyü təxminən 120 sm-dir, bu da onu insanlar üçün vizual olaraq rahat edir. Üzərində vizual məlumat paylaşımını asanlaşdıran böyük sensor ekran olan Pepper müxtəlif məlumat bazalarına qoşula bilir və internetdən məlumat alaraq müştərilərin suallarına cavab verir. Pepper, xüsusilə elektronika mağazalarında müştəriləri qarşılayır, məhsul məlumatlarını təqdim edir və alış-veriş prosesini asanlaşdırır. O, restoranlarda menyu təqdim edir, sifariş qəbul edir və müştərilərlə  interaktiv ünsiyyət qurur. Pepper hətta Bank of Tokyo-Mitsubishi UFJ-də müştərilərə kömək edir. Ondan Yaponiyada kliniklərdə və xəstəxanalarda xəstələri qarşılamaq və bələdçilik etmək məqsədilə də istifadə edilir. Cənubi Koreyada robotlar kafe və restoranlarda ofisiant kimi istifadə olunur. Məsələn, Seulda bəzi restoranlar yalnız robot ofisiantlarla işləyir. ABŞ-da isə Walmart və Amazon kimi iri şirkətlər anbar idarəçiliyində və müştəri xidmətlərində robotlardan istifadə edir. Çinə gəldikdə, ölkədə avtomatlaşdırılmış mağazalar (məsələn, Alibaba'nın "Hema" supermarketləri) tamamilə robotlarla idarə olunur. Avropa ölkələrində, xüsusilə də İsveç, Almaniya və Böyük Britaniyada bəzi mağazalar və otellər robotları geniş tətbiq edir. Sonda Azərbaycanın robotlaşdırmaya hazır olması məsələsinə də toxunmaq yerinə düşər. Düşünürəm ki, ölkəmizdə robotların xidmət sektorunda və digər sahələrdə uğurlu tətbiqi üçün bir sıra ciddi addımların atılması artıq zərurətdən qaynaqlanır. Bu məsələdə hər şeydən əvvəl, robot texnologiyaları üzrə mütəxəssislərin hazırlanması diqqət mərkəzində saxlanılmalıdır. İkinci məsələ, robotların istifadəsini tənzimləyən qanunvericilik aktlarının qəbul edilməsi ilə bağlıdır. Çünki robotlarla bağlı münasibətlərin hüquqi müstəvidə nizama salınması çox vacibdir. Üçüncü məsələ, isə ölkəmizdə bu sahədə  texnoloji yeniliklərə uyğun infrastrukturun yaradılması ilə əlaqədardır. Ölkəmiz robotların yaxın gələcəkdə bir sıra sahələrdə tetbiq olunmasına hazır olmalıdır".

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri