Icma.az
close
up
RU
Qarabağdakı Dəmirli mədənindən ilk mis satışına başlanılıb

Qarabağdakı Dəmirli mədənindən ilk mis satışına başlanılıb

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan “Anglo Asian Mining” (AAM) şirkəti yeni Dəmirli mədənində istehsal olunan mis konsentratının satışına başlayıb.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Qeyd edilib ki, konsentratın satışı üzrə müqavilə 3 noyabr 2025-ci il tarixində "Trafigura Pte Ltd" şirkəti ilə imzalanıb. Müqavilə çərçivəsində 17–30 noyabr tarixlərində "Trafigura"ya 2 055 ton mis konsentratı təhvil verilib. Konsentratın tərkibində 351 ton mis metali olub. İlkin (provisional) ümumi satış gəliri 3,6 milyon ABŞ dolları təşkil edib. Qeyd olunan məbləğdə Azərbaycan hökumətinin payı nəzərə alınmayıb.

"Anglo Asian"dan həmçinin bildirilib ki, noyabr ayında Demirli mədənində rekord hasilat həcmləri əldə olunub. Ay ərzində ümumilikdə 1,95 milyon ton süxur çıxarılıb. Bunun 195 min tonu yüksək keyfiyyətli filiz, 269 min tonu oksid filiz, qalan hissəsi isə anbarların möhkəmləndirilməsi üçün istifadə edilən süxur materialı olub.
Bundan əlavə, 27 noyabr tarixində bir gündə 81 min ton süxur çıxarılması ilə şirkətin tarixində ən yüksək günlük göstəriciyə nail olunub.

Xatırladaq ki, AAM 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri