Icma.az
close
up
RU
Bakıda sahibkarlar dələduzluğa məruz qalıblar? İDDİA

Bakıda sahibkarlar dələduzluğa məruz qalıblar? İDDİA

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Bakıda bir qrup sahibkar dələduzluğa məruz qaldığını bildirir.

Bunu Oxu.az-a müraciət edən sahibkar Vasili Hüseynov deyib. O bildirib ki, Elçin Rzayev adlı şəxs tərəfindən aldadılıb. O iddia edir ki, Elçini avtomobil alarkən tanısa da, sonradan aralarında dostluq yaranıb:

"Elçindən 58 000 dollara "Li-9" avtomobili aldım və bundan sonra aramızda dostluq yarandı. Təxminən bir aydan sonra həmin "Li-9" avtomobilini başqa bir dostuma verdim və özümə yeni maşın almaq qərarına gəldim.

Elçin mənə nazir müavininin bacısı oğlu olduğunu demişdi. Sosial şəbəkə profilində də həmin nazir və müavinlərin şəkilləri var idi.

"Li-9"u dostuma verdiyim üçün özümə yeni bir maşın almaq məcburiyyətində qaldım. Elçin mənə baxmaq üçün 10-15 bahalı maşın göstərdi. Həmin avtomobillərin arasından "Maybach" markalı avtomobili bəyəndim. Mən hazırda pulumun olmadığını bildirdikdə, "Səndən pul istəyən var? 10 000 dollar verə bilərsən?" - deyə soruşdu. Dedi ki, qalan pulu hissə-hissə verərsən. Razılaşdıq və mən ona 10 000 dollar verdim. Dedi ki, maşını mənim adıma baş etibarnamə ilə sənədləşdirəcək. Sonradan isə sözünün üstündə durmadı".

V.Hüseynov bildirib ki, 10 min dollarla yanaşı, özünə məxsus olan "Ford Mustang" avtomobilini də Elçin Rzayevə satıb:

"Maşını 35 min dollara razılaşdıq. Dedi ki, "Maybach"ın da qalan pulunu hissə-hissə ödəyərsən

Bir müddət keçəndən sonra Elçin mənə zəng edib, "Ford Mustang"ı təcili olaraq 18 min dollara satdığını bildirdi. Mən etiraz etdim. O isə bildirdi ki, təcili pul lazım olduğu üçün satıb".

Bir müddətdən sonra Elçin Vasilidən "Maybach"ın pulunu tələb etməyə başlayıb:

"Məcbur olub maşını Elçinə qaytardım ki, pulunu ödəyəndə gəlib götürəcəyəm. Bir müddətdən sonra məlum oldu ki, o, "Maybach"ı də satıb".

V.Hüseynov iddia edir ki, hazırda E.Rzayev onu da təhdid edir, şərləyib pul müqabilində həbs etdirmək istəyir.

Digər şikayətçi sahibkar Emin Məliksoy bildirib ki, uzun müddət Rusiyada yaşayıb və ticarətlə məşğul olub. Bakıya qayıdanda sosial şəbəkələrdə gündəlik icarəyə maşın axtarıb, burada bir "Hummer" markalı avtomobil tapıb:

"Elanda qeyd olunan nömrəyə zəng etdim, Abbas adlı vətəndaşla danışdım, o, maşını gətirdi. Abbas maşını Ramin Səfərov və Elçin Rzayev adlı şəxslərlə birgə gətirmişdi.

Maşını iki ay müddətinə icarəyə götürəndən sonra Elçinlə aramızda dostluq münasibəti yarandı. Bir müddətdən sonra o, "Hummer"i mənə satmaq qərarına gəldi. Razılaşdıq, maşını 45 min manata dedi. Əvvəlcədən 5 min manat verdim, sonra isə ayda 6 min manat ödəməyə başladım. 4 ay pulu ödəyəndən sonra Elçin mənə ortaq iş qurmaq, hostel, daha sonra "rent car" biznesi yaratmaq təklif etdi, razılaşdıq. Bu işdə yaxşı qazanc olduğunu bilirdim və özüm də belə bir iş qurmaq istəyirdim.

Sonradan o mənə dedi ki, bizdə "rent car" işi alınmır. Keşlə qəsəbəsində evi olduğunu, oranı hostel kimi düzəldib, icarəyə verməyi təklif etdi. Mənə təklif etdi ki, "Hummer"i satım, hosteli təmir edək. Bildirdi ki, "Rıjıy" ləqəbli Elçin adlı bir nəfər var, maşını ona satır. Beləcə, Elçin maşını götürdü. O isə mənə dedi ki, guya mənim maşına ödədiyim 29 min manatı tezliklə işə qoyacaq.

Mənə bildirdi ki, hosteldə ustalar işləyirlər, bir az gözləmək lazımdır. Sonradan hostel işindən daşındıq, qərara gəldik ki, "rent car" daha gəlirli işdir, elə o bizneslə məşğul olaq".

Şikayətçi deyir ki, 2025-ci ilin fevral ayında Elçinlə birlikdə "rent car" işinə başlayıblar:

"Sosial şəbəkələrdə "Lüks taksi" səhifəsi açaraq maşın şəkilləri paylaşırdı. Mənə dedi ki, işimiz başlayıb, sənin məndə olan pulunla sənə 4-5 dənə maşın alarıq, işlədərik. Bu dedikləri ilə bağlı əlimdə səs yazıları var. Mənə bir "Mercedes S-Klasse" təklif etdi, dedi ki, mənə 17 min manat ver, qalanını isə 36 ay ərzində banka 3000 manatdan ödəyərsən. Razılaşdım. Sonra bildirdi ki, maşının 2 ay bank ödənişini özü edib. Mən də onun banka ödədiyi 2 aylıq pulu və 6 min manat əlavə ödəyərək, maşın üçün ümumilikdə 23 min manat pul verdim. Sonrakı 4 ayın ödənişini isə banka özüm ödədim.

O, "Komsomol dairəsi" adlanan ərazinin yaxınlığında (Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Həmid Araslı küçəsi, 40) bir ofis açdı. Mənə dedi ki, bura onun dostu Mahir Quliyevindir, təmir üçün pul lazımdır. Bu adla o məndən 30 000 manat da aldı. Bildirdi ki, "Lüks taksi" "rent car" üçün proqram tətbiqi hazırlatdırır. Sonradan məlum oldu ki, məni aldadıb pullarımı əlimdən alıb.

Ötən ilin iyun ayında mənə dedi ki, tətbiqin açılması gecikir, gəl maşını qaytar, mən də sənin banka və mənə verdiyin pulları geri qaytaracağam. Maşını qaytardım və pullarımı tələb etdim. Bildirdim ki, xaricə köçüb orada biznes quracağam, pulumu versin".

Vətəndaş bildirib ki, Elçin Rzayev sonradan ona hədə-qorxu gəlməyə başlayıb:

"Mənə dedi ki, Ramin və Vasili adlı dostunun üzünə dur, de ki, guya Elçin Vasiliyə 30 min dollar verib. Hətta onu da mənə dedi ki, onun Ramin Səfərova və Vasiliyə edəcəkləri ilə bağlı gedib haradasa məlumat versəm, mənim düşmənimə çevriləcək, lazım olsa, 100 min manat verəcək, məni həbs etdirəcək. Mən isə bununla razılaşmadım".

Emin Məliksoy bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət edib. Şikayətdən sonra Elçin Rzayev onu şərləyərək, həbs etdirib:

"Polisə məlumat verib ki, guya mən kriminal aləmlə əlaqəsi olan adamam, onu şantaj edirəm. İşçiləri Mayis, Rafael, tanışım Aytən Səfərovanı yalançı şahidlər qismində işə cəlb edərək, məni 15 sutka həbs etdirdi. Həbsdən çıxandan sonra yenidən şikayətlərimə davam etdim və daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun qəbulunda olub, prosesi danışdım.

Hazırda faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Bununla yanaşı, məlumat var ki, Xətai RPİ-də də onun barəsində eyni maddə ilə cinayət işi açılıb".

E.Məliksoy bildirib ki, Elçin Rzayev tərəfindən aldadılaraq ümumilikdə 94 min manatı əlindən alınıb.

Məsələ ilə bağlı şikayətdə adı çəkilən Elçin Rzayevlə də əlaqə saxladıq. O, səsləndirilən ittihamların əsassız olduğunu bildirib. Qeyd edib ki, həmin şəxslərin ona borcu var:

"Emin Məliksoy barəsində, Abşeron Rayon Polis Şöbəsində (RPŞ) hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi başlanılıb. Digər məsələlərlə bağlı isə bir iş məhkəmədədir, bir məsələ ilə bağlı isə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Yəqin ki, bunların dedikləri təsdiqini tapsaydı, barəmdə qanuni tədbir görülərdi.

Emin Məliksoy mənim pulumu mənimsəyib, ona ödədiyim pulların çekləri də var. Emin Məliksoy məndən hədə-qorxu ilə pul tələb etdiyi üçün 15 sutka həbs edilib.

Ramin Səfərova gəlincə isə, onun özünün mənə 98 min manat borcu var. İddia edir ki, guya obyekt onundur. Amma obyekt mənimdir, qanuni sənədlər də mənim adımadır".

E.Rzayev bildirib ki, şikayətçi Vasili Hüseynovun ittihamları da tam əsassızdır:

"Vasili Hüseynov mənim "Maybach" markalı avtomobilimi götürüb sürüb, qırıb, əzib, rənglətdirib, gətirib. Ekspertiza rəyi də var məndə bununla bağlı. Mənim maşınıma 18 min manat ziyan dəyib. Mən də onun "Ford Mustang" avtomobilini 18 minə satmışam. Həmin sənədləri də istintaqa təqdim etmişəm. İndi həmin şəxslər birləşib, mənə qarşı şər-böhtan atmaqla məşğuldurlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 İyun 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri