Bakıda sakin divar hördü, kanalizasiya suyu binaya sızdı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 77 ünvanından şikayət var.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən ünvanda yerləşən ikinci binanın ümumi kanalizasiya borusunda sızma müşahidə olunur.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları tərəfindən əraziyə baxış keçirilsə də, problem həllini tapmayıb.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından bildirilib ki, problemin səbəbi sakinlərdən birinin müdaxiləsi olub:
"Sözügedən ünvanda yerləşən binaya Binəqədi Sukanal İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib.
Yoxlama zamanı müəyyən edilib ki, kanalizasiya xəttinin yerləşdiyi şaxtanın girişi sakin tərəfindən hörülərək bağlanıb. Qeyd edək ki, mühəndis-kommunikasiya xətlərinin yerləşdiyi şaxtalara texniki baxış və təmir işlərinin aparılması üçün girişin açıq və əlçatan olması zəruridir.
Bu səbəbdən şaxtaya girişin bağlı olması müvafiq işlərin görülməsinə maneə yaradır. Sakinə orada işlərin görülməsi üçün şaxtanın giriş hissəsinin açılmasının zəruriliyi barədə məlumat verilib. Giriş hissə söküldükdən sonra əraziyə yenidən qəza briqadası cəlb olunacaq və lazımi tədbirlər görüləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















