Icma.az
close
up
RU
Bakıda saxlanılan rusiyalı keçmiş hakim HƏBS EDİLDİ YENİLƏNİB

Bakıda saxlanılan rusiyalı keçmiş hakim HƏBS EDİLDİ YENİLƏNİB

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında Daxili İşlər Nazirliyinin (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, sabiq hakimin Bakıda ötən həftə saxlanıldığı bildirilir.

Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb.

Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə Yelena Xaxalyeva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb.

Həbs qətimkan tədbiri onun ekstradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib.

Rusiya tərəfindən ekstradisiya ilə bağlı zəruri sənədlər təqdim olunandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində Yelena Xaxalyevanın ekstradisiyası məsələsinə baxılacaq.

14:04

Azərbaycanda saxlanılan Rusiyanın Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarından sonra öz ölkəsinə ekstradisiya olunacaq.

Moderator.az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" Azərbaycan hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Qeyd edək ki, Yelena Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb, pasport nəzarətindən keçdiyi zaman onun axtarışda olduğu məlum olub.

"O, Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra Rusiyaya ekstradisiya olunacaq", - deyə mənbə bildirib.

Xatırladaq ki, Yelena Xaxaleva 2022-ci ildə külli miqdarda fırıldaqçılıqda və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Krasnodar vilayət məhkəməsinin rəyasət heyətinin üzvü və sədrin müavini olan qadın uzun müddət iş yerində olmamasına baxmayaraq, əməkhaqqı almaqda ittiham edilib.

Hakim 2017-ci ildə qızının toyundan video yayımladıqdan sonra "şöhrət qazanıb". İosif Kobzon, Nikolay Baskov, Valeri Meladze və Vera Brejnevanın iştirak etdiyi və külli miqdarda pul xərcləndiyi dəbdəbəli toy mərasimi müəyyən suallar doğurmuşdu. KİV-də dərc edilən xəbərlərdə toya 2 milyon dollara yaxın vəsaitin xərcləndiyi yazılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri