Milli Məclisdə əhalinin məşğulluğu ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisdə əhalinin məşğulluğu ilə bağlı dinləmələr keçirilməlidir.
SİA xəbər verir ki, bu təkliflə deputat Ziyad Səmədzadə parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
"İş tapa bilməyən insanların məşğulluğunu necə təmin edəcəyimizi müzakirə etməliyik. Bunun üçün imkanlarımız və potensialımız var. Biz ixracatçı ölkəyik, sadəcə müəyyən məsələlərə birlikdə aydınlıq gətirməliyik. Demoqrafik siyasət, iqtisadi disproporsiyalar və məşğulluğun inkişaf istiqamətləri diqqət mərkəzində olmalıdır. Biz holdinq yaratmaqla bu məsələləri birdən-birə həll edə bilmərik. Məsələn, kənd təsərrüfatında məşğulluğun payı 35 %-dir, lakin bu sahənin ümumi məhsul istehsalında payı cəmi 6-7 % təşkil edir. Deməli, burada əmək məhsuldarlığı xeyli aşağıdır", - deyə o qeyd edib.
Komitənin sədri Musa Quliyev isə deyib ki, məşğulluqla bağlı dinləmələrin keçirilməsi iş planında olsa da, bunu payız sessiyasına etmək mümkün olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 11 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















