Icma.az
close
up
RU
Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Böyük Britaniyanın Bakıdakı səfirliyi sürücü vəzifəsi üzrə vakansiya elan edib.

Modern.az xəbər verir ki, səfirlik Korporativ Xidmətlər komandasında işləmək üçün çevik iş qrafiki əsasında fəaliyyət göstərəcək yarımştat sürücü axtarır.

Vakansiya üzrə işçi səfirlik əməkdaşlarının və rəsmi qonaqların Bakı şəhərində, eləcə də bölgələrə səfərləri zamanı nəqliyyatla təmin edilməsinə cavabdeh olacaq. O, həmçinin rəsmi tədbirlərin və səfərlərin nəqliyyat təminatında iştirak edəcək, rəsmi yazışmaları, dəvət məktublarını və kuryer göndərişlərini çatdıracaq.

Namizəd səfirliyin avtomobillərinin texniki vəziyyətinə və təmizliyinə nəzarət etməli, yanacaq, yürüş və digər qeydiyyat sənədlərini düzgün aparmalı, rəsmi avtomobillərin qeydiyyatı və qeydiyyatdan çıxarılması prosesində dəstək göstərməlidir. Bundan əlavə, səfirliyin nəqliyyat siyasəti və prosedurlarına əməl etməsi, iş vaxtı cədvəllərini və digər sənədləri vaxtında təqdim etməsi tələb olunur.

Vakansiya üzrə əsas tələblər aşağıdakılardır:

Etibarlı sürücülük vəsiqəsi və qüsursuz sürücülük tarixi; Minimum 6 il sürücülük təcrübəsi; Yaxşı ünsiyyət və müştəri xidməti bacarıqları; Zərurət yarandıqda səhər erkən saatlarda, axşam və həftəsonları işləmək imkanı; Azərbaycan dilini sərbəst (minimum C1), ingilis dilini isə orta səviyyədə (minimum B1) bilmək.

Üstünlük veriləcək namizədlər isə beynəlxalq təşkilatlarda işləmə təcrübəsinə, diplomatik nümayəndəliklərdə, VIP və ya yüksək vəzifəli şəxslərin sürücüsü kimi fəaliyyət təcrübəsinə, həmçinin rus dilini sərbəst (minimum C1) bilməyə malik olmalıdırlar.

Vəzifə yarımştat və müddətli əmək müqaviləsi əsasında təklif olunur. İş çevik saatlarla təşkil ediləcək və əməkdaş yalnız ehtiyac yarandıqda işə cəlb olunacaq. Gündəlik olaraq səfirlikdə iştirak etmək tələb olunmur.

Əməkhaqqı saatlıq 6,81 ABŞ dolları (vergilər daxil olmaqla) təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçiriləcək. İşə qəbulun 2026-cı ilin avqust ayında başlaması nəzərdə tutulur.

Vakansiya üzrə müraciətlərin son tarixi iyulun 24-dür.

Namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Səfirlik bildirir ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və növbəti seçim mərhələsinə dəvət olunacaqlar. Həmçinin qeyd olunur ki, müraciət edən şəxslər artıq Azərbaycan ərazisində yaşamaq və işləmək hüququna malik olmalıdırlar. Böyük Britaniya səfirliyi iş və ya yaşayış icazəsinin alınması üçün sponsorluq etmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri