Bakıda şəhəri bir birinə qatan sürücü: Hər cür qayda pozub dəfələrlə təhlükə yaratdı VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxt küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 99-HA-949 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınmış görüntüdə o, dəfələrlə qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Eyni zamanda sürücü yol boyu “sağ-sol” edərək özüylə yanaşı avtomobildə olan sərnişini də təhlükəyə atıb.
Xətai rayonunda lentə alınmış digər kadrda isə o, yenidən manevr qaydasını pozub.
Xəzər rayonunda çəkilmiş digər videoda isə sürücü işıqforun qırmızı işığına əhəmiyyət vermədən hərəkət edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















