Rimas Kurtinaitis: Yerli basketbolçular legionerlərdən geri qalmadılar
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Sabah" klubunun baş məşqçisi Rimas Kurtinaitis yerli basketbolçulardan razıdır. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
O, Azərbaycan Basketbol Liqasının XIII turunda "Şəki" üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb:
"Bəlkə hesab arasındakı fərqə görə oyunçular bəzi epizodlarda daha rahat oynayırdı. Bu isə bəzən səhvlərə səbəb olur. Artıq ikinci oyundur son periodda 5 yerli basketbolçu ilə çıxış edirik. Bu dəfə daha çox şans qazandılar və deyərdim ki, oyun baxımından legionerlərdən geri qalmadılar. Hazırlıqlarımız plana uyğun davam edir".
Qeyd edək ki, "Sabah" - "Şəki" matçı Bakı klubunun 112:65 hesablı qələbəsi ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Yanvar 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















