Bakıda sərnişin avtobusunun içinə yağış YAĞDI VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Bakıda fəaliyyət göstərən avtobusun damından su axıb. Axan su oturcaqları və içərini isladıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər metronun “Gənclik” stansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəkət edən M8 marşrut avtobusunda lentə alınıb.
Görüntüləri sərnişinlərdən biri - Nicat Məmmədov lentə alıb. Onun sözlərinə görə, yağışlı havadan qorunmaq üçün avtobusa minən sərnişinlər yağışı bu dəfə içəridə hiss ediblər.
Məsələ ilə bağlı “Baku Bus” MMC-dən bildirilib ki, baş verən nasazlıqla bağlı dərhal avtobus təmirə aparılıb.
O da bildirilib ki, avtobusların sazlığı və isitmə sistemləri mütəmadi olaraq nəzarətdən keçirilir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Noyabr 2024 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















