Icma.az
close
up
RU
Bakıda sevgilisinə xəyanət edən tələbə qız döyüldü

Bakıda sevgilisinə xəyanət edən tələbə qız döyüldü

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 36 yaşlı oğlan sevgi münasibətində olduğu qıza xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 22-də rayonun Bakıxanov qəsəbəsində baş verib. 
Salyan rayon sakini, 1990-cı il təvəllüdlü İlkin həmin gün saat 09 radələrində tanışı Günel ilə qısqanclıq zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun sifət nahiyəsinə vurub. 
İlkinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İlkin ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Azərbaycan Pedaqoji Universitetin 4-cü kurs tələbəsidir və ikinci ali təhsil alır: “Günel mənimlə eyni fakultədə təhsil alır və patok yoldaşıyıq. Günellə aramızda münasibətlər əvvəlcə tələbə yoldaşlığı əsasında başladı, zamanla sevgi münasibətinə çevrildi. Lakin müəyyən səbəblərə görə Günelin mənə xəyanət etdiyini düşündüyüm üçün onunla görüşmək istəyimi bildirdim. Günel buna etiraz etmədi və 27 saylı binanın arxa tərəfində görüşmək üçün razılaşdıq. Mayın 22-də, saat 09 radələrində binanın arxa tərəfinə Günel ilə görüşdüm. Görüş zamanı Güneldən xəyanət etməsinin səbəbini soruşdum və daha sonra onun telefonunda olan mesajlara baxmaq istədiyimi bildirdim. İlk öncə Günel telefonunu verməkdən imtina etdi. Amma təkid etməyimdən sonra telefonu verdi. Günelin telefonundakı məlumatlara baxdıqdan sonra mənə xəyanət etdiyini etiraf etdi və digər şəxslə sevgi əlaqəsini açıq şəkildə bildirdi. Günel mənə həmin şəxsin adı ilə müraciət etdiyi üçün əsəbləşdim. Nəticədə onun üz nahiyəsinə şillə vurdum və sifətində şişkinlik yarandı”.
Zərərçəkmiş Günelin sözlərinə görə, Azərbaycan Pedaqoji Universitetinin Sahil Filialının 4-cü kurs tələbəsidir: “Mayın 22-də, saat 09 radələrində İlkinlə görüşdüm. İlkin tərəfindən əvvəlcə fiziki zorakılığa məruz qaldım. Görüş zamanı İlkin mənə şəxsi həyatıma dair suallar verdi. Həmin suallara cavab verərək həyatımda bir şəxsin olduğunu, İlkinin həmin şəxsi tanıdığını bildirdim. Bu məlumatı eşitdikdən sonra İlkin mənə qarşı fiziki zorakılıq göstərdi. İlk öncə mənə şillə vurdu, daha sonra isə yumruq zərbəsi endirdi. Mən bu zərbələr nəticəsində nəfəs darlığı yaşadım və yerə yıxıldım. İlkin kömək edərək məni qaldırdı. Etdiklərinin az olduğunu və daha pis hərəkətlər edəcəyini bildirdi. İlkinin təhdidlərindən sonra nə baş verəcəyindən qorxdum və vəziyyəti daha da gərginləşməmək üçün ona qarşı çıxmadım”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra İlkin onun telefonunu alıb, sevgi münasibətində olduğu şəxsin telefonuna mesaj göndərib və həmin şəxsə ayrılmaq istədiyini bildirib: “Bundan əlavə, İlkinə getmək istədiyimi bildirdim. İlkin onun razılığı olmadan heç yerə gedə bilməyəcəyimi söylədi. Hadisə baş verdikdən sonra evə gedərək dərhal polisə məlumat verdim, polisdən kömək istəyərək baş verənləri tam şəkildə izah etdim. Mənim verdiyim məlumat əsasında hüquq-mühafizə orqanları tərəfindən lazımi araşdırmalar və hüquqi tədbirlər görülməsi üçün müvafiq işlər başlanıldı”. 
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İlkin aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri