Icma.az
close
up
RU
Bakıda “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” adlı panel müzakirə aparılıb

Bakıda “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” adlı panel müzakirə aparılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans açılış mərasimindən sonra işini panel və plenar iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilən panel iclasda “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” mövzusu müzakirə edilib.

ICESCO-nun Hüquqi işlər və beynəlxalq standartlar departamentinin direktoru Məhəmməd Hedi Şili islamofobiyaya qarşı mübarizə yollarının müzakirə edilməsini olduqca vacib və aktual mövzu olaraq qiymətləndirib. O qeyd edib ki, müsəlmanlara qarşı düşmənçilik halları yeni bir məsələ deyil, lakin son illərdə bu halların intensivliyində ciddi artım müşahidə olunur. İslamofobiya yalnız fərdi səviyyədə deyil, sistemli formada - media, mədəniyyət, təhsil və əmək sahələrində də təzahür edir. Araşdırmalar göstərir ki, müsəlmanların 39 faizi ümumi diskriminasiyaya məruz qaldığını bildirib. 35 faiz müsəlman iş mühitində, 35 faiz isə yaşayış sahəsi tapmaqda ayrı-seçkiliklə üzləşib. Daha da narahatedici fakt odur ki, hicablı qadınların 45 faizi vəzifələrə qəbulda ayrı-seçkiliklə üzləşir. Təhsil sahəsində isə 35 faiz müsəlman dini kimliyinə görə diskriminasiya gördüyünü deyir.

İƏT-in Baş katibinin xüsusi elçisi Mehmet Paçacı islamofobiyanın artıq sistematik yanaşmaya çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, nifrətə əsaslanan fikirlər və qərəzli münasibətlər cəmiyyətlərdə vəhdətin və birgəyaşayışın pozulmasına səbəb olur. Bəzi Qərb ölkələrində müsəlman qadınlara, xüsusilə hicablı xanımlara qarşı münasibət ayrı-seçkiliyin daha da dərinləşdiyini göstərir.

“Daha narahatedici məqam ondan ibarətdir ki, islamofobiya bəzi siyasi qüvvələr tərəfindən alət kimi istifadə olunur. Dinə, kimliyə və mənsubiyyətə qarşı yönəlmiş belə ritorikalar cəmiyyətin daxilində parçalanmanı dərinləşdirir və qarşılıqlı güvəni zədələyir. Lakin ümid və çıxış yolları mövcuddur. Dini nifrətə qarşı konkret hüquqi və sosial tədbirlərin görülməsi, müxtəlif toplumlar arasında anlayış və hörmətin təşviqi daha sülhsevər və ədalətli cəmiyyətin formalaşmasına zəmin yarada bilər. Bu, yalnız müsəlmanların deyil, bütün insanların təhlükəsizliyi və ləyaqəti üçün vacibdir”, - deyə Mehmet Paçacı əlavə edib.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç qeyd edib ki, islamofobiya artıq, sadəcə, fərdi nifrət və ya qərəzli münasibət deyil. Biz ondan ideoloji və siyasi məqsədlər üçün istifadə olunduğunu müşahidə edirik. Təəssüf ki, bəzi hallarda seçki kampaniyalarında, beynəlxalq böhranlar zamanı, xüsusilə də terror hadisələrindən sonra islamofobiya alətə çevrilir. Bəzi dairələr islamofobiyadan ictimai dəstək toplamaq üçün istifadə edir.

“Bundan əlavə, təhsil sahəsində və dövlət xidmətlərində müsəlmanlara qarşı ayrı-seçkilik halları artıb. Gənc müsəlman tələbələrin şəxsiyyətlərinə görə təzyiqlərə məruz qalması və ya müsəlman dövlət qulluqçularının karyeralarında maneələrlə üzləşməsi cəmiyyətin ən vacib sahələrində belə bərabərliyin pozulduğunu göstərir”, - deyə Mahmut Erol Kılıç bildirib.

G20 Dinlərarası Forumunun baş hüquqşünası, “Covington vs Burling LLP” şirkətinin müşaviri Timoti P.Stratford qeyd edib ki, bu cür ayrı-seçkiliklə mübarizə aparmaq üçün bir sıra yollar mövcuddur. Lakin əsas mübarizə üsulu maarifləndirmədir.

“İslamofobiya çox zaman yanlış məlumatlardan və stereotiplərdən qaynaqlanır. Bu səbəbdən maarifləndirici tədbirlər, ictimai məlumatlandırma kampaniyaları, təhsil proqramları və media vasitəsilə aparılan obyektiv təqdimatlar cəmiyyətin yanlış təsəvvürlərini aradan qaldırmaqda əsas rol oynaya bilər. Ancaq təkcə maarifləndirmə kifayət deyil. Hüquqi yanaşma da bu mübarizənin vacib sütunlarından biridir. Lakin bu sahədə çətinlik var: hər bir ölkənin hüquqi sistemi və yanaşması fərqlidir. Bəzi ölkələrdə islamofobiya açıq şəkildə cinayət kimi tanınsa da, digərlərində bu, hələ də qanunvericilikdə konkret şəkildə ifadə olunmayıb”, - deyə Timoti P.Stratford bildirib.

Beynəlxalq insan hüquqları üzrə professor, “Qlobal islamofobiya ilə mübarizə” layihəsinin direktoru Əhməd Şahidin sözlərinə görə, islamofobiya ilə mübarizədə hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi, maarifləndirmə, mədəniyyətlərarası dialoq və həmrəylik əsas istiqamətlərdir. Stereotiplər və qərəz çox zaman cahillikdən yaranır. “Təhsil və informasiya vasitəsilə insanların fərqli din və mədəniyyətlər haqqında doğru məlumat alması cəmiyyətin tolerantlığını artırır. Unutmayaq ki, islamofobiyaya qarşı çıxmaq təkcə müsəlmanların deyil, insan hüquqları və sosial ədalətə inanan hər kəsin məsuliyyətidir”, - deyə professor bildirib.

Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Kerdoudi Cavad isə son illər bir çox ölkədə müsəlmanların siyasi ritorikada mənfi stereotiplərlə hədəfə alındığını bildirib.

O qeyd edib ki, bu kontekstdə hüquqi çərçivənin gücləndirilməsi vacibdir. İnsan hüquqları haqqında beynəlxalq konvensiyalar islamofobik ifadələrin və siyasətin qarşısını almaq üçün mühüm hüquqi əsaslar yaradır. Qanunvericilik sənədlərində nifrət nitqinin cinayət kimi tanınması və ayrı-seçkiliyin qarşısını alan mexanizmlər daha səmərəli tətbiq olunmalıdır. “İslamofobiya ilə mübarizə cəmiyyətə təsir edən güclü ictimai kampaniyalarla müşayiət olunmalıdır. Media ilə əməkdaşlıq, hüquqi maarifləndirmə və qərarvericilərlə dialoq mübarizənin əsas dayaqlarıdır”, - deyə Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti vurğulayıb

Panel iclas müzakirələrlə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri