Bakıda su xətti partlayıb: yol çöküb
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.
Gununsesi.info “Report” -a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, çökməyə səbəb yolun altından keçən su xəttində baş verən qəza olub.
Hazırda aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılır.
Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.
Hazırda əraziyə DYP əməkdaşları cəlb olunub və Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilib.
Baxış sayı:84
Bu xəbər 24 Fevral 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















