Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: Gəzirdim...
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Bakıda hərəkətdə olan sürət qatarını stansiyada qarşısına keçərək dayandıran şəxs saxlanılıb.
Ölkə.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1984-ci ildə Ağstafa rayonunda anadan olmuş H.K. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, gecə 00:10 radələrində Balakən-Bakı sürət qatarı Keşlə stansiyası ərazisindən keçən zaman H.K. hərəkətdə olan qatarın qarşısına keçərək dayandırıb.
O, özünü təqsirli bilərək izahatında göstərib ki, dəmir yolu stansiyasında gəzən zaman qaranlıq olduğundan bilmədən qatar yoluna çıxıb və qəfldən qatarın gəldiyini görüb. Özünü itirdiyindən qatar yolundan çıxa bilməyib. Nəticədə hərəkətdə olan qatarın qarşısına keçərək onu dayandırıb.
Məhkəmənin qərarı ilə H.K. 50 manat məbləğində cərimə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Fevral 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















