Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Bakıda belə yol nişanları sürücülərin cərimələnməsinə səbəb olub Nə etməli?

Bakıda belə yol nişanları sürücülərin cərimələnməsinə səbəb olub Nə etməli?

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bakıda Ağ şəhərdə, 6-cı park küçəsində yolda xətlənmədə anlaşılmazlıq olduğu üçün sürücülər cərimələnir.

Bu barədə sürücü Ömər Nizaməddin oğlu Şirvanlı BAKU.WS-in "qaynar xətti"nə şikayətində bildirib. Onun sözlərinə görə, həmin ərazidə əvvəllər düz xətt olub. Sonradan əraziyə qırıq-qırıq xətt çəkilib.

"Yolun xətlənməsi keyfiyyətsiz olduğu üçün aydın görünmür. Bu səbəbdən də, ərazidə dönmə əməliyyatı edərkən müşahidə kamerasına düşmüşəm. Kamerada düz xətt göründüyü üçün mənə cərimə gəlib. Lakin ərazidə əslində qırıq-qırıq xətdir", - deyə sürücü şikayətlənib.

Qeyd edək ki, bu tipli şikayətlərin çox olmasını nəzərə alaraq məsələ barədə mütəxəssisə müraciət etdik.

Nəqliyyat eksperti Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, burada birbaşa sürücülər məsuliyyət daşıyır. Onun sözlərinə görə, vətəndaşlar hər kiçik məqama diqqətlə yanaşmalıdırlar.

"Burda vətəndaş səhvə yol verib. Çünki o qırıq xətti ora kimsə əlin dinc qoymayıb, çəkib. O qanuni şəkildə çəkilmiş qırıq xətt deyil.

Bir çox sürücü, yəni yol hərəkəti qaydalarını bilən, ona əməl edən sürücü kənardan baxan kimi bilir ki, yəni, kustar üsulla, orada yaşayan işləyən kiminsə təxəyyülünün məhsuludur. Yəni o qanuni bir şey bir qırıq xətt deyil", - deyə ekspert bildirib.

Elməddin Muradlı onu da vurğulayıb ki, burda sürücünü də günahlandırmaq olmaz:

"Sürücü bunu hardan bilsin. Sürücünün elə bir imkanı yoxdur ki, gəlib qırıq xəttin qarşısında düşüb, harasa zəng vursun, soruşsun ki, qardaş, bu qırıq qanunidir, yoxsa qanunsuzdur.

Aidiyyatı qurumların üzərinə burda məsuliyyət düşür ki, vaxtında belə nöqsanlı əraziləri aşkar etsinlər. Hardasa cəriməyə səbəb olan, vətəndaşları narazı salan bir yer varsa, vaxtında aşkarlansın. Bu tipli problem aradan qaldırılsın ki, vətəndaş da bilərəkdən və yaxud da bilməyərəkdən gəlib o cəza ilə üzləşməsin".

Ekspert onu da vurğulayıb ki, qanunvericiliklə yol nişanlarına və nişanlanma xətlərinə hansısa müdaxilə məsuliyyət yaradır.

"Bu ərazilər ciddi şəkildə muayinə olunmalıdır və sürücüləri çaşdıran, onların cərimələnməsinə səbəb olan, hətta qəzaya səbəb ola biləcək bu cür neqativ hallar dərhal aradan qaldırılmalıdır".

Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, sürücülər yol nişanlarına, yol hərəkət hissəsinin işarələrinin tələblərinə və işıqforun tələblərinə riayət etməlidirlər.

"Nəzərə almaq lazımdır ki, Yol Hərəkəti Qaydasının pozulması yol hərəkətinin baş verməsi riskini artırır və öz növbəsində inzibati məsuliyyət yaradır.

Qayda pozuntuları ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən vizual şəkildə və xüsusi texniki vasitənin köməyilə aşkarlanaraq sürücü barəsində qanuna müvafiq qaydada tədbirlər görülür.

İnzibati məsuliyyətə cəlb olunan şəxs ona tətbiq edilən protokolla razılaşmadıqda rəsmi qaydada müraciət ünvanlayır. Müraciət əsasında araşdırma aparılır. Araşdırmaya uyğun məsələyə hüquqi qiymət verilir", - deyə qurum rəsmisi bildirib.

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri