Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda taksi duracaqlarının sayı niyə azdır? EKSPERT DANIŞDI

Bakıda taksi duracaqlarının sayı niyə azdır? EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Müasir dövrdə texnologiyanın sürətli inkişafı nəqliyyat xidmətlərinə də mühüm təsir göstərmişdir. Xüsusilə, taksi xidmətləri rəqəmsal platformalar vasitəsilə istifadəçilərə daha rahat və effektiv şəkildə təqdim olunmağa başlanmışdır. Artıq fərdlər fiziki olaraq müəyyən bir yerə getmədən, istər küçə başında dayandığı yerdə, istərsə də yaşadığı mənzildə əyləşərək mobil tətbiqlər və ya digər elektron vasitələrlə taksi sifariş edə bilirlər. Sifariş edilmiş nəqliyyat vasitəsi birbaşa istifadəçinin müəyyən etdiyi koordinata – yaşayış yerinə və ya istənilən digər lokasiyaya çatdırılır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.

İlqar Hüseynli sözlərinə belə davam edib: "Statistik məlumatlara əsasən, hazırda əhalinin təqribən 90 faizi internet bağlantısına malikdir. Xüsusilə şəhər və yarımşəhər tipli yaşayış məntəqələrində internetə çıxış imkanlarının artması və smart cihazlardan istifadənin geniş vüsət alması bu xidmətlərin əlçatanlığını daha da artırmışdır. Bu amil taksi xidmətlərinin istifadəsində rəqəmsal texnologiyaların rolunun artdığını və bu sahədə ənənəvi üsulların getdikcə aktuallığını itirdiyini göstərir.

Son illərdə mobil texnologiyaların sürətlə inkişafı və internetə çıxış imkanlarının genişlənməsi nəqliyyat sahəsində, xüsusilə də taksi xidmətlərinin təşkili formasında mühüm dəyişikliklərə səbəb olmuşdur. İndi istənilən şəhər və ya yarımşəhər tipli yaşayış məntəqələrində yaşayan və internetə çıxışı olan fərdlər, istədikləri məkanlardan — küçədən, evdən və ya digər istənilən koordinatdan — Uber, Bolt, Yandex Taxi və digər rəqəmsal platformalar vasitəsilə yaxınlıqda yerləşən taksiləri sifariş edə bilirlər.

Bu şəraitdə ənənəvi taksi dayanacaqları (dayaq məntəqələri) sistemi artıq öz funksional aktuallığını tədricən itirməkdədir. Belə ki, bu sistem həm infrastruktur baxımından əlavə yük yaradır, həm də mövcud yol hərəkəti şəraitində səmərəsiz sahə istifadəsinə səbəb olur. Taksi dayanacaqları əsasən magistral yolların sağ və sol hissələrində fiziki sahə tələb edir və bu sahələr yaşıllıq zolaqları, piyadalar üçün ayrılmış zonalar və ya digər ictimai məqsədlər üçün nəzərdə tutulmuş ola bilər. Nəticədə, prospektlərin və yol şəbəkələrinin ötürücülük qabiliyyəti azalır.

Bu baxımdan, taksi dayanacaqlarının sayının tədricən azaldılması və ya müəyyən sahələr istisna olmaqla tamamilə ləğv edilməsi müasir urbanizasiya və ağıllı şəhər konsepsiyasına uyğun bir addım hesab edilə bilər. İstisna hallara nümunə olaraq iri ictimai və mədəniyyət mərkəzlərinin qarşısında yerləşən məhdud sayda taksi dayanacaqları göstərilə bilər. Bu zonalarda daha çox funksionallığa malik — yəni sərnişinlərin düşməsi və minməsi üçün əlverişli şəraitin yaradıldığı müvəqqəti dayanma yerləri kimi düşünülən sahələrə ehtiyac vardır.

Hazırkı mərhələdə məqsəd, daimi stasionar taksi dayanacaqlarından daha çox, taksi vasitələrinin sifariş əsasında müştərini rahat şəkildə götürə və endirə biləcəyi çevik və uyğunlaşdırılmış məkanların yaradılması olmalıdır. Bu isə həm taksi xidmətlərinin optimallaşdırılması, həm də şəhər yol şəbəkələrinin səmərəli istifadəsi baxımından önəmli addımdır".

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri