Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan sərnişini döydü
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bakıda taksi sürücüsü sərnişini döyüb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
“Changan” markalı avtomobildə taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı Ramiz Cəfərov (ad və soyad şərtidir) müştəri kimi maşına əyləşmək istəyən Əli Mehdiyevin (ad və soyad şərtidir) avtomobilin qapısını kobud surətdə açmasına irad bildirib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. Ə. Mehdiyevin mübahisə zamanı onu təhqir etməsindən əsəbiləşən R. Cəfərov onun sifət nayihəsinə yumruqla vuraraq xəsarət yetirib.
Faktla bağlı Ramiz Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını qeyd edib. Həmçinin zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Ramiz Cəfərov barəsində cinayət işinin icraatına xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 İyun 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















