Icma.az
close
up
RU
Bakıda taksilərlə bağlı vəziyyət dəyişir: sürücülərə pis xəbər

Bakıda taksilərlə bağlı vəziyyət dəyişir: sürücülərə pis xəbər

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin qərarı ilə Bakıda taksi sayı 25 minlə limitlənib. Ekspertlər hesab edirlər ki, bu proses qiymət artımına və minlərlə insanın işsiz qalmasına səbəb olacaq. Hətta bundan sonra başqa ölkələrdəki kimi taksometr tətbiqinin olacağı iddia olunur.
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu limitin tətbiqi təxminən üç il vaxt aparacaq:
“Yaxın dövrdə heç kim sürücülük və ya taksi fəaliyyəti hüququndan məhrum edilməyəcək. Hazırda 34 minə yaxın sürücü qeydiyyatdan keçib və onların sənədləri qüvvədədir. Sənədlərin müddəti bitmədiyi və ciddi pozuntu aşkarlanmadığı halda onlara məhdudiyyət tətbiq edilə bilməz. Növbəti mərhələlərdə yeni reqlament müəyyən ediləcək, lisenziyalar və buraxılış kartları növbəlilik prinsipi ilə veriləcək. Bu zaman təxminən 9 minə yaxın sürücü kənarda qala bilər. Şəhər nəqliyyatı baxımından bu addım məqsədəuyğun sayılır,  lakin sosial tərəfdən işsizlik kimi problemlərin yaratması mümkündür. Buna görə də qərar qəbul olunarkən diqqətli analiz aparılmalı, fərqli yanaşmalar nəzərdən keçirilməlidir”.
Ekspert qeyd edib ki, taksometr quraşdırılmasına hazırda ehtiyac yoxdur:
“Çünki mövcud mobil tətbiqlər artıq bu funksiyanı yerinə yetirir. Lakin yeni təyin olunan limit qiymət artımına səbəb ola bilər. Sürücü sayı azaldıqda tələbat artacaq, nəticədə taksi xidmətlərinin qiymətləri də yüksələcək. Bununla belə, yaxın illərdə ictimai nəqliyyatın genişlənməsi, metro stansiyalarının və avtobusların sayının artması ilə taksiyə tələbatın azalması da gözlənilir. Hazırda prosesin konkret nəticələrini söyləmək çətindir, çünki tətbiq hələ başlamayıb. İki il əvvəl verilən qərarla 70 minə yaxın sürücü yenidən sənədləşdirildi, lakin bu gün onların yalnız 34 mini aktiv fəaliyyət göstərir. Bakı üçün 25 minlik kvota optimal hesab olunur. Bu məhdudiyyət müəyyən sosial çətinliklər yaratsa da, peşəkar, qaydalara əməl edən və nümunəvi xidmət göstərən sürücülər fəaliyyətlərini davam etdirəcəklər”.
Qeyd edək ki, qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir.(global.info)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri