Icma.az
close
up
RU
Hykron Bakıda Sürücülərə şad xəbər!

Hykron Bakıda Sürücülərə şad xəbər!

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Koreyada istehsal olunan Hykron mühərrik yağlarının rəsmi təqdimat mərasimi keçirilib.

Four Seasons Hoteldə baş tutan tədbirdə avtomobil və sənaye sektorunun nümayəndələri, biznes ictimaiyyəti və media təmsilçiləri iştirak edib.

Təqdimat mərasiminin əsas qonaqlarından biri Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kan Kımqu olub.

Səfir çıxışında bu günün təkcə yeni bir məhsulun deyil, eyni zamanda yeni bir biznes modelinin təqdimatı olduğunu vurğulayıb.

O, Hykron brendinin Azərbaycan bazarına daxil olmasını iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirib.

Kan Kimqu, ilk növbədə, yeni məhsulu Azərbaycanda uğurla təqdim etdiyinə görə Azkor Trading şirkətini səmimi-qəlbdən təbrik edib.

Səfir bildirib ki, bu cür təşəbbüslər Koreya və Azərbaycan arasında ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

Tədbirdə, həmçinin, Hykron mühərrik yağlarının istehsal olunduğu DH Chemicals zavodunun nümayəndəsi Kim Jae Jin iştirak edib. Kim Jae Jin təqdimatı zamanı məhsulların istehsal prosesi və tətbiq olunan müasir texnologiyalar haqqında ətraflı məlumat verib.

O, Hykron mühərrik yağlarının beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal olunduğunu vurğulayıb.

Təqdimatda Hykron məhsullarının yüksək performans və mühərrik qorunması baxımından üstünlükləri diqqətə çatdırılıb. Bununla yanaşı, brendin rəsmi yağdəyişmə servisinin də fəaliyyətdə olduğu açıqlanıb.

Brendin təsisçisi Emin Səfərov bildirib ki, mühərrik yağları müxtəlif iqlim və yol şəraitlərində sınaqdan keçirilib. Təsisçi, həmçinin, Hykron brendinin bir neçə beynəlxalq sertifikatını qonaqlara əyani şəkildə təqdim edib.

Azkor Trading şirkətinin nümayəndələri brendin Azərbaycan bazarı üçün uzunmüddətli inkişaf strategiyasını təqdim ediblər.

Bildirilib ki, məqsəd yalnız satış deyil, həm də dayanıqlı və etibarlı tərəfdaşlıq modelinin qurulmasıdır.

Tədbir iştirakçıları Hykron məhsullarına böyük maraq göstəriblər.

Rəsmi hissədən sonra qonaqlar üçün müzakirə və şəbəkələşmə imkanı yaradılıb.

Təqdimat yüksək təşkilati səviyyədə keçirilib.

Four Seasons Hoteldə baş tutan tədbir beynəlxalq formatı ilə seçilib.

Hykron brendinin Azərbaycan bazarına daxil olması mühərrik yağları seqmentində yeni rəqabət mühiti yaradacağı gözlənilir.

Tədbir Koreya–Azərbaycan biznes əməkdaşlığında növbəti uğurlu addım kimi qiymətləndirilib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:474
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Fevral 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri