Bakıda tanınmış restoranda biyabırçılıq
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Bakının Əhmədli qəsəbəsində yerləşən “Boranı Restoran”ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb.
Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xarab olmuş iy gəldiyi aydın hiss olunub. Yaranmış vəziyyətlə bağlı restoran rəhbərliyinə müraciət edilsə də, problem həll olunmaq əvəzinə kobud münasibətlə qarşılaşıblar: pizza mizza
“Rəhbərliyi çağırıb şikayət etsək də, bizə 'mentalitet qaydaları' ilə cavab verdilər. Bildirdilər ki, guya bunu 500 nəfər alır, heç kim şikayət etmir və yeməyi nə dəyişdirə, nə də geri qaytara bilərlər. Hətta əlavə gətirilən ətin də köhnə olduğu aydın görünürdü. Nə obyektin rəhbərliyi, nə də işçi heyəti baş verənlərə görə bir üzrxahlıq belə etmədi”.
Şikayətçi məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi müraciət edəcəyini vurğulayıb.
Cəlalə Cəlalqızı
Baxış sayı:79
Bu xəbər 05 Oktyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















