Bakıda TDT nin Gömrük Xidməti Rəhbərlərinin İclasında sənədlər imzalanıb AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclasında bir sıra sənədlər imzalanıb.
"Report" xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.
Sənədləri Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançibek Omuraliyev, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kairat Cumaqulov, Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Türkiyə ticarət nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak, Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















