TDT Gömrük Administrasiyaları Rəhbərlərinin 10 cu iclasında bir sıra sənədlər imzalanıb FOTO
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclasında bir sıra sənədlər imzalanıb.
"APA-Economics" xəbər verir ki, TDT Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 16 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















