Icma.az
close
up
RU
Bakıda TDT nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2 ci Toplantısı çərçivəsində işçi qrupun iclası keçirilib

Bakıda TDT nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2 ci Toplantısı çərçivəsində işçi qrupun iclası keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, TDT Baş katibinin müavini Merey Mukazhan təşkilata üzv dövlətlər arasında ortaq tarixi və mədəni dəyərlərin tərəfdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb.

Yaşıl texnologiyaların inkişafının və bu sahədə transformasiyanın sürətləndirilməsinin regionun davamlı inkişafında mühüm rol oynadığnı nəzərə çatdırıb, qarşılıqlı fəaliyyətin gücləndirilməsində İşçi qrupun iclasının mühüm rol oynayacağına əminliyini ifadə edib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə işçi qrupunun Türk dünyası üzrə əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin müzakirəsi üçün yaxşı platforma olduğunu vurğulayıb. Fəaliyyət Planının icrası çərçivəsində üzv və müşahidəçi ölkələr arasında institusional əlaqələrin daha da gücləndiyi, bilik və təcrübə mübadiləsinin genişləndiyi qeyd olunub. Azərbaycanın türk dövlətləri ilə əlaqələrə böyük önəm verdiyi, tədbirin sənaye, təhsil, innovasiya, texnologiya, investisiya, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

İclasda Fəaliyyət Planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələrdə sənaye istehsalında süni intellekt və rəqəmsal transformasiya, innovasiya ekosisteminin gücləndirilməsi üzrə proqramların icrası, investisiya, kiçik və orta sahibkarlığın (KOB) təşviqi məsələləri diqqət mərkəzində olub. Elmi tədqiqat və təqaüd proqramlarının təşkili, elmi-texnoloji əməkdaşlığı təşviq edən institusional dəstək mexanizmləri, həmçinin metrologiya, qida təhlükəsizliyi üzrə infrastrukturun inkişafı, standartlaşdırma, əqli mülkiyyət sahəsində əməkdaşlıq, kosmik texnologiyaların istehsalı və inkişafı sahəsində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. İşçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar müzakirə edilib.

İclası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən qonaqlara KOB evi konsepsiyası və onun üstünlükləri barədə məlumat verilib. Qeyd olunub ki, sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər KOB evlərində vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunur. KOB evi modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdəndir. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv ölkələrə tövsiyə edilib. Artıq bu modelin tətbiqinə dair bir neçə ölkə ilə əməkdaşlıq sənədləri imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri