Icma.az
close
up
RU
Bakıda torpaq bazarında TƏHLÜKƏLİ SİQNAL “Yaxın illərdə...”

Bakıda torpaq bazarında TƏHLÜKƏLİ SİQNAL “Yaxın illərdə...”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda torpaq bazarı sürətlə əl yandıran sahəyə çevrilib. Mərkəzi ərazilərdə qiymətlərin rekord həddə çatması insanları seçim qarşısında qoyur: torpaq alıb ev tikdirmək, yoxsa 20 illik ipoteka ilə mənzil sahibi olmaq?

Bir vaxtlar daha sərfəli görünən fərdi tikinti modeli indi əvvəlki üstünlüyünü itirə bilər.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bazarda torpağa marağın artması və təklifin getdikcə azalması qiymətləri davamlı şəkildə yuxarı çəkir:

“Torpaq qiymətlərinin artımı daha çox makroiqtisadi amillərlə bağlıdır. Hazırda bazarda tələb yüksəkdir, təklif isə ildən-ilə kəskin şəkildə azalır. Bu da onu deməyə əsas verir ki, tələb çox, təklif isə məhduddursa, qiymət artımı qaçılmazdır.

Məhz bu səbəbdən hazırkı şəraitdə torpaq bazarında davamlı bahalaşma müşahidə olunur. Burada başqa bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz. Son illər inzibati qərarlar, tikinti ilə bağlı qaydaların sərtləşdirilməsi, kommunal infrastruktura qoşulma imkanlarının məhdudlaşdırılması, xüsusilə də məlumatlandırma icazəsi qaydasından kənar tikilən evlərlə bağlı problemlər sənədli torpaq sahələrinə marağı daha da artırıb.

Təbii ki, bu hal sənədli torpaq sahələrinin qiymətinə də birbaşa təsir edir. Ümumiyyətlə, torpaq artan və bərpa olunan əmlak növü deyil. Əksinə, torpaq məhdud və regenerasiya olunmayan resursdur. Bu baxımdan ildən-ilə ölkənin müxtəlif ərazilərində torpaq qiymətlərinin ciddi şəkildə bahalaşdığını görürük”.

Ekspert bildirib ki, sənədli torpaq qıtlığı səbəbindən Bakı və Abşeronda qiymətlər daha sürətlə artır və bu proses yaxın illərdə də davam edəcək:

“Artıq turizm təyinatlı dağlıq və dağətəyi rayonlarda, hətta kənd yerlərində belə, torpağın 1 sotunun qiyməti 10 min manata yaxınlaşır, bəzi hallarda isə bu həddi keçir. Eyni vəziyyət torpaq qıtlığının daha çox hiss olunduğu Bakı və Abşeron ərazisində də müşahidə edilir. Xüsusilə sənədli torpaq sahələrinin daha az olduğu bu ərazilərdə qiymətlər daha sürətlə artır.

Şəhər mərkəzində tikinti qaydalarının dəyişdirilməsi və sərtləşdirilməsi də torpaq qiymətlərinin ildən-ilə artmasına səbəb olur. Bu isə zaman keçdikcə bazarda marağın müəyyən qədər azalmasına gətirib çıxara bilər.

Əgər alternativ istiqamətlər üzrə müəyyən qərarlar qəbul olunmasa, bu vəziyyət gələcəkdə daha da dərinləşəcək. Çünki faktiki olaraq bəzi dövlət qurumları torpaq qiymətlərinin artımına təsir edən yanaşmalar sərgiləyirlər. Halbuki istifadə olunmayan ərazilərin bazara çıxarılması, müxtəlif təyinatlı torpaq sahələrinin təyinatının dəyişdirilərək bələdiyyələrin balansına verilməsi kimi addımlar atılarsa, bazarda alternativ təklif formalaşa bilər.

Əks halda, qiymət artımını sürətləndirən mövcud mexanizmlər qorunub saxlanacaq və bu da növbəti illərdə torpaq bazarında bahalaşmanın davam etməsinə səbəb olacaq”.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Aprel 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri