Icma.az
close
up
RU
Bakıda Trans Xəzər multimodal rəqəmsal dəhlizinin təşviqinə dair beynəlxalq seminar baş tutub

Bakıda Trans Xəzər multimodal rəqəmsal dəhlizinin təşviqinə dair beynəlxalq seminar baş tutub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin (TRASEKA HAK DK) qərargahında hibrid formatda, ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və məlumat mübadiləsi sahəsində potensialın gücləndirilməsinə dair “Multimodal rəqəmsal Transxəzər dəhlizinin təşviqi: metodologiya və növbəti addımlar” mövzusunda 22-ci beynəlxalq seminar keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, tədbir BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), Azərbaycan Respublikasının hökuməti və inkişaf tərəfdaşları ilə birgə TRASEKA HAK DK tərəfindən təşkil olunub.

Yüksək səviyyəli seminar TRASEKA və SPEKA regionları ölkələrinin profil qurumlarının rəhbərlərini və aparıcı nümayəndələrini, dəmiryol idarələrini və limanları, beynəlxalq qurumları (Avropa Komissiyası, Dünya Bankı, GIZ, ITC, BMT SEFACT), həmçinin biznes ictimaiyyətini bir araya gətirib.

TRASEKA HAK DK-nın baş katibi Jasurbek Çoriyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri İlham Namazov, Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç salamlama nitqləri ilə iştirakçılara müraciət ediblər.

Gündəliyin əsas məsələlərindən biri elektron daşıma sənədlərinin tanınması üçün marşrut ölkələrinə vahid hüquqi baza təmin etməyə yönəlmiş TRASEKA-nın multimodal məlumat və sənəd mübadiləsi haqqında Sazişinin müzakirəsi olub. Bununla yanaşı, Trans-Xəzər multimodal rəqəmsal dəhlizinin BMT SEFACT standartları əsasında yaradılması üzrə Metodologiya layihəsi, o cümlədən “rəqəmsal dəhliz” anlayışı müzakirə edilib.

Dəmiryol, dəniz, avtomobil və hava nəqliyyatı ilə daşımalarda məlumatların və yük müşayiət sənədlərinin rəqəmsallaşdırılması üzrə pilot layihələrin həyata keçirilməsi statusuna: Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Türkiyə və Ukraynanın dəmiryol idarələrinin iştirakı ilə həyata keçirilən e-CİM/SMGS pilot layihəsinin nəticələrinə, SMGS dəmiryol yük qaiməsinin rəqəmsal transformasiyasına, Xəzəryanı limanlar arasında məlumat mübadiləsinə, regional məlumat toplusunun formalaşdırılmasına, həmçinin multimodal elektron platformalara və eCMR layihələrinə xüsusi diqqət yetirilib.

Tədbirin proqramı üç sessiyanı əhatə edib. Həmin sessiyalar çərçivəsində məruzəçilərin çıxışları və təqdimatları, o cümlədən sual-cavab, fikir və təcrübə mübadiləsi üzrə interaktiv sessiyalar olub. Yekun sessiya TRASEKA HAK DK-nın baş katibinin moderatorluğu ilə maraqlı tərəflər arasında dəyirmi masa formatında keçirilib və orada inkişaf tərəfdaşları ilə çoxtərəfli layihələrin əsasları, o cümlədən mümkün TRASEKA–ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib.

Seminarın yekunlarına əsasən regionda uyğunlaşdırılmış rəqəmsal həllərin tətbiqinin hüquqi və texniki maneələrinin müəyyən edilməsi və onların birgə aradan qaldırılması üzrə tədbirlərin təklif olunması, həmçinin regionun inkişafı naminə nəqliyyat proseslərinin təkmilləşdirilməsi sahəsində növbəti addımların və əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, seminar 2023-cü il noyabrında SPEKA Sammitində ölkə liderləri tərəfindən təsdiqlənmiş Trans-Xəzər marşrutu boyunca multimodal məlumat mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin həyata keçirilməsində növbəti praktiki addım kimi hesab edilir. Təşəbbüs 2022-ci il Bakı Konfransının və 2023-cü il SPEKA Nazirlər Bəyannaməsinin qərarlarını inkişaf etdirərək, 2025–2026-cı illərdə Türkmənistanda, Bakıda və Astanada keçirilmiş növbəti regional seminarlar silsiləsinin nəticələrini ümumiləşdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri