Icma.az
close
up
RU
Bakıda Türk dünyasının ortaq gələcək və fəaliyyəti müzakirə olunub FOTOLAR

Bakıda Türk dünyasının ortaq gələcək və fəaliyyəti müzakirə olunub FOTOLAR

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyəti müzakirə olunduğu panel toplantı keçirilib.
Sitat.info xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən toplantıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından nümayəndələr iştirak ediblər.

Toplantıdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Tədbirin şüarı Türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini özündə əks etdirən “Dildə, fikirdə, işdə birlik” ifadəsi olub.
Panel iclasdan əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü təşkil edilib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

O, bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Səfirliyin əməkdaşı bildirib ki, Türk dünyasının birliyi sayəsində qarşısının alınması mümkün olmayan problem yoxdur.
Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib:
“Bu gün Türk dünyası xəyal deyil, reallıqdır. Biz gücümüzü, bərabərliyimizi və vəhdətimizi qoruyub bu reallıqla yaşamalıyıq. Bu gün Türk Dünyası ölkələrinin bir-biri ilə ortaq layihələr həyata keçirməsi gücümüzə güc qatır. Turana gedən yol Türk dünyası ölkələrinin həmrəyliyindən keçir. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərdiyi 4 il ərzində Türk dünyasının Qeyri-hökumət təşkilatları ilə müxtəlif layihələr həyata keçirilib. COP29 günlərində də Türk dünyası ölkələri “yaşıl zonada” aktiv şəkildə fəaliyyət göstərdi”.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında qeyd edib ki, birliyimizi gələcəyə daşıyacaq ortaq ideya, dəyər və fəaliyyətə ehtiyac vardır və bu istiqamətdə birgə çalışmalıyıq.

Bildirib ki, bu gün birliyimiz, həmrəyliyimiz çox vacibdir.
Səfir vurğulayıb ki, Türk dünyası ortaq hədəflərə doğru inamla irəliıəyir və regionda, dünyada sülhü, sabitliyi dəstəkləməkdə davam edir.

“Türkiyə və Azərbaycan qlobal problemlərin həllinə dəstək verməyə hər zaman hazırdır və bu siyasəti uğurla davam etdirir”, -deyə o diqqətə çatdırıb.

Tədbir Türk dünyasının ;>ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyəti ilə bağlı panel müzakirələrlə davam edib.

Qeyd edək ki, hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qəbul edilib.
Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayından qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 May 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri