Icma.az
close
up
RU
Bakıda türk və azərbaycanlı həkimlər bir araya gəldilər

Bakıda türk və azərbaycanlı həkimlər bir araya gəldilər

Icma.az, Baku.ws saytına istinadən bildirir.

TƏBİB-in, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Respublika Pediatriya Mərkəzinin və "Çocuk Acil Yoğun Bakım Derneği"nin təşkilatçılığı ilə I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Tədbirdə çıxış edən TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov bildirib ki, səhiyyə sahəsinə, xüsusilə uşaqların sağlamlığına olan dövlət dəstəyi hər zaman hiss olunub. A.İsrafilov qeyd edib ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb və mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılması olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 3 min 315 tibbi xidmət aiddir və onların bir hissəsi yenidoğulmuşlara, eləcə də uşaqlara aid olan tibbi xidmətlərdir: "Milli Peyvənd Təqvimində yer alan peyvəndlər, immunizasiya tədbirləri, uşaqların müalicə və müayinələri üçün göndərişlərin verilməsi icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin uşaqlarda tez-tez rast gəlinən tənəffüs sisteminin, həzm sistemi xəstəliklərinin müalicəsi və anadangəlmə ürək qüsurlarının müalicəsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi kimi əməliyyatlar sığorta hesabına qarşılanır".

Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov son illərdə Azərbaycanda tibbin inkişafı üçün saysız islahatların aparıldığını diqqətə çatdırıb. O bildirib ki, 3 mindən çox tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, hər il xidmət çeşidliliyinin artırılması, tibbi xidmətin asan əlçatanlığının təmin edilməsi, kadr islahatlarının aparılması, xaricdə təhsil alan və yüksək təcrübəyə sahib olan mütəxəssislərin işə cəlb edilməsi aparılan islahatların nümunələrindəndir.

"Ankara Universiteti Cebeci Hastanesinin" baş həkimi, konfransın həmsədri Tanıl Kendirli I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransının 3 kursdan, 12 panel və 35 pediatriyanın ən aktual mövzularını əhatə edən təqdimatlardan ibarət olduğunu diqqətə çatdırıb.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Türkiyə və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. B.Akgün vurğulayıb ki, TİKA tərəfindən nümayəndəliyi açılan ilk ölkələrdən biri Azərbaycandır və 1994-cü ildən etibarən qurum tərəfindən ancaq sağlamlıq istiqamətində 160 layihə icra olunub.

Ankara Universitetinin rektoru professor Nejdet Ünüvar konfransa onlayn olaraq qoşulub. Konfrans iştirakçılarını salamlayan professor tədbirin işinə uğurlar arzulayıb və pediatriya istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin ixtisaslaşmış həkim və professor heyəti tərəfindən pediatriyanın müxtəlif sahələrinə dair mövzular, tənəffüs sisteminin təcili vəziyyətləri, kardiologiya, nevrologiya, nefrologiya, hematologiya, allerqologiya, travma və digər təcili hallara aid mövzularda panel müzakirələri təşkil olunub.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Aprel 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri