Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycan Milli Kitabxanasında Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib.

Bu barədə "Report" Mədəniyyət Nazirliyindən bildirilib.

Bildirilib ki, iclasda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın prezidenti İsa Həbibbəyli, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Şimali Kipr Türk Respublikasından milli kitabxanaların direktorları və bu sahənin mütəxəssisləri iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Təşkilatının 1993-cü ildə yaradıldığını, bu təşkilatın Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda dəfələrlə iclaslarının keçirildiyini lakin təşkilatın rəsmi şəkildə qeydə alınmadığını bildirib. Qeyd olunub ki, təşkilatın əsas vəzifəsi Türk dünyasının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında çox böyük rol oynayan milli kitabxanaların fəaliyyətinin əlaqələndirilməsi, onların birgə müxtəlif layihələr həyata keçirməsi və türk mədəniyyətinin dünya miqyasında daha geniş təbliğ olunmasından ibarətdir.

Mədəniyyət naziri Adil Kərimli çıxışında bu gün bütün Türk dünyasının tarixi yaddaşını özündə əks etdirən, onun mühafizi kimi çıxış edən milli kitabxanaların birliyinin təməlinin qoyulduğunu, kitabxana sahəsindəki fəaliyyətin yeni bir dönəmə keçdiyini qeyd edib. Bildirilib ki, dost, qardaş ölkələrin milli kitabxanaları arasında məzmuna köklənmiş, ortaq dəyərlərimizin dünya müstəvisində təbliğinə yönəlmiş ciddi və sıx əlaqələr mövcuddur. Bu sahədə birgə uğurlu layihələr həyata keçirilir və Azərbaycan Milli Kitabxanası bu prosesdə aktiv rol oynayır.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının mükəmməl elmi-ideoloji mərkəz olduğunu qeyd edib və professor Kərim Tahirovun yeni qurulacaq təşkilatın ilk sədri olması təklifini irəli sürüb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov söyləyib ki, kitab bir tərəfdən dil deməkdir, bir tərəfdən dövlət deməkdir. Bu mənada kitabxanaların üzərinə çox böyük məsuliyyət düşür.

Müşahidəçi qismində iclasda iştirak edən Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa Azərbaycan Milli Kitabxanası ilə əlaqələrindən danışıb. O, Macarıstanın 2018-ci ildə bu əməkdaşlığa qoşularaq Şərq və Qərb mədəniyyətlərini daha da yaxınlaşdıran bir körpü yaratmağa başladığını söyləyib.

Sonra Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun yeni yaradılan Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Birliyinə sədrliyi təklif edilib və o, yekdilliklə qurumun sədri seçilib.

Sonra Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova XIX əsrə aid əlyazmanın faksimilesini Azərbaycan Milli Kitabxanasına hədiyyə edib. Qırğızıstan Milli Kitabxanasının müdiri Aynura Askarova Kərim Tahirova, TÜRKSOY-un baş katibi Sultan Raev və başqalarına Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 90 illiyi yubiley medalını təqdim edib. İclasda 2025-ci ildə Özbəkistan Milli Kitabxanasının yaranmasının 155 illiyi, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, qazax şairi Abay Kunanbayevin 180 illik yubileylərinin qeyd olunacağı, beynəlxalq kitab sərgilərinin, kitab təqdimatlarının təşkil ediləcəyi və təşkilatın üzvlərinin belə tədbirlərdə bir araya gələrək fəaliyyətlərini daha da genişləndirəcəkləri vurğulanıb. Bundan başqa, qarşılıqlı mədəniyyət tədbirlərinin, oxu mədəniyyəti günlərinin, elmi seminarların, kitabxanalar arasında təcrübə mübadiləsi, kitabxana fondlarının tədqiqi və virtual oxu zallarının açılması təklifləri üzrə müzakirələr aparılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri