Icma.az
close
up
RU
Bakıda vahid nəqliyyat kartı tətbiq ediləcək? Açıqlama

Bakıda vahid nəqliyyat kartı tətbiq ediləcək? Açıqlama

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.  Qurumun bu addımı ölkədə nəqliyyat sisteminin inteqrasiyası ilə bağlı yeni müzakirələr yaradıb.

Maraqlıdır, bu model yalnız şəhərlərarası marşrutlarla məhdudlaşacaq, yoxsa gələcəkdə metro, avtobus və digər nəqliyyat vasitələrini də əhatə edən vahid bilet sisteminə keçid mümkündür? 

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu ildən etibarən Bakı və digər iri şəhərlərdə “brutto müqavilə” sistemi tətbiq olunur:

“Bu model vahid bilet sistemini nəzərdə tutur və müxtəlif tarif seçimlərini özündə birləşdirir. Sistem çərçivəsində gündəlik, aylıq və illik bilet paketləri, 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə pulsuz keçid, transfer imkanları və güzəştli kateqoriyalar üçün xüsusi paketlər mövcuddur. Əgər bu cür transfer imkanı dəmir yolu nəqliyyatında tətbiq edilirsə, oxşar yanaşmanın avtobus daşımalarında, xüsusilə şəhərlərarası marşrutlarda da dəyərləndirilməsi məqsədəuyğun olar”.

Rauf Ağamirzəyev

Ekspert bildirib ki, birbaşa reys olmayan istiqamətlər üzrə alternativ transfer variantlarının təqdim edilməsi sərnişin mobilliyini artırar və marşrut seçimini asanlaşdırar:

“Eyni zamanda, bilet satışı prosesinin rəqəmsallaşdırılması mühüm əhəmiyyət daşıyır. Sərnişinlər evdən və ya iş yerindən çıxmadan bilet sifariş edərkən transfer imkanları barədə əvvəlcədən məlumat əldə etməli və səfərlərini vahid sistem üzərindən rahat şəkildə planlaşdıra bilməlidirlər. Bu yanaşma nəqliyyat xidmətlərinin əlçatanlığını və səmərəliliyini artıra biləcək”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri