Icma.az
close
up
RU
Bakıda güclü yağışlar: onlar həbs ediləcək? Açıqlama

Bakıda güclü yağışlar: onlar həbs ediləcək? Açıqlama

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda son iki gündə müşahidə olunan normadan artıq yağıntılar ciddi fəsadlara səbəb olub. Belə ki, subasmalar nəticəsində avtomobil yollarında hərəkət iflic vəziyyətinə düşüb, bir sıra yaşayış evlərinə su dolub. Hadisə ilə bağlı məsul qurumların keçmiş rəhbərləri və yerli icra strukturlarının səhlənkarlığı iddia olunur. Xüsusilə Nizami rayonu, Keşlə qəsəbəsində yaranan kritik vəziyyətdə ərazidəki sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xilas edib, səbəb kimi göstərilən qanunsuz tikili isə sökülüb.

Yağışın yaratdığı fəsadlara görə günahkar kimdir? Keşlədəki evin tikintisinə icazə verən, prosesə göz yuman səlahiyyətli şəxslər haqda araşdırma aparılacaqmı? Bununla bağlı həbslər gözlənilirmi?

Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, Bakıda təkcə yağış deyil, qar, külək, istilər və soyuqlar da ciddi fəsadlar yaradır:

“Bu isə paytaxtın mövsümi risklərə hazır olmadığını göstərir. Problemin kökündə şəhərsalma, idarəçilik, bələdiyyə və xidmət yanaşmasının yetərincə formalaşmaması dayanır. Bir çox hallarda dövlət strukturlarında ictimai maraqdan çox şəxsi maraqların üstünlük təşkil etməsi mövcud vəziyyəti daha da ağırlaşdırıb. Bu gün yağışın yaratdığı problemlərin səbəbləri Bakının keçmiş meri Hacıbala Abutalıbovun dönəminə qədər gedib çıxır. Müxtəlif qurumlar – su, yol və yerli icra strukturları – zamanla lazımi tədbirləri görməyib, məsələyə məsuliyyətsiz yanaşıb. Şəhərdə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalların bir hissəsi bağlanıb, su təsərrüfatına kifayət qədər investisiya qoyulmayıb, mövcud vəsaitlər isə səmərəli istifadə olunmayıb”.

Tural Abbaslı

Partiya sədri qeyd edib ki, Bakı plansız şəkildə genişlənib, lakin bu artım lazımi infrastrukturla təmin edilməyib:

“Yeni tikililərə çox vaxt sistemsiz və şəxsi maraqlara əsaslanan icazələr verilib. Nəticədə su kollektorlarının üzərində tikililər inşa olunub, kanalizasiya sistemi normadan artıq yüklənib. Məsələn, əvvəl müəyyən sayda azmərtəbəli bina üçün nəzərdə tutulmuş xətlər sonradan çoxmərtəbəli tikililərin yükünü daşımalı olub ki, bu da sistemin çökməsinə gətirib çıxarıb. Bu səbəbdən yağış zamanı kanalizasiya sistemi suyu qəbul edə bilmir, əksinə, daşaraq küçələrə çıxarır. Problemin həlli kompleks yanaşma tələb edir və burada tək bir günahkar tərəf yoxdur. Məsuliyyət müvafiq qurumların hamısının üzərinə düşür. İcra hakimiyyəti orqanları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), şəhərsalma sahəsinə cavabdeh strukturlar, plansız tikintilərə icazə verən qurumlar, eləcə də FHN bu məsələdə müəyyən paya sahibdir. Bu proseslərdən zərər çəkən isə yalnız xalqdır.

Uzun illərdir bu problem müzakirə olunsa da, real və davamlı addımlar atılmayıb. Hər yağışdan sonra qısa müddətli tədbirlər görülür, məsələ tezliklə gündəmdən çıxır və növbəti mövsümə qədər unudulur. Nəticədə isə vəziyyət ildən-ilə daha da pisləşir və problemin yaxın zamanda həll olunacağı ilə bağlı ciddi irəliləyiş müşahidə edilmir”.

Hüquqşünas Ramil Süleymanov bildirib ki, Keşlədə baş verən faktla bağlı prokurorluqda cinayət işi başlanılacaq:

“Cavabdeh şəxslər barədə araşdırma aparılmalıdır. Bu kimi hallarda araşdırma dərhal başladığı üçün cinayət təqibi müddəti də həmin andan hesablanır və ümumi prosessual müddət məhdudiyyətləri tətbiq olunmur. Hesab edirəm ki, məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə hüquqi qiymət verilməli, səlahiyyətli şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

Ramil Süleymanov

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib və bu sənəd dövlətin üzərinə müəyyən öhdəliklər qoyur:

“Belə hallarda dövlətin əsas vəzifəsi vətəndaşların həyat və təhlükəsizlik hüququnu qorumaqdır. Əgər mövcud təhlükə əvvəlcədən məlum idisə və ya məlum olmalı idisə, aidiyyəti qurumlar bunu aradan qaldırmalı, zərurət yarandıqda vətəndaşların təhlükəsiz əraziyə köçürülməsini və alternativ yaşayışla təmin edilməsini həyata keçirməli idi. Əks halda, bu sahədə zəruri qabaqlayıcı və tənzimləyici tədbirlərin görülməməsi hüquqi məsuliyyət yaradır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Aprel 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri