Bakıda valideynləri dalaşan qız ölümdən döndü
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib.
Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib. 1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə kişi həyat yoldaşına yumruq zərbələri endirməyə başlayıb. Bu an ailənin yeniyetmə qızı valideynlərini ayırmağa çalışsa da, mümkün olmayıb. Əsəbiləşən qız mətbəxə keçərək orada kimyəvi maddə olan “Domestos” məhlulu içərək özünü zəhərləyib. Hadisədən xəbər tutan ana dərhal təcili tibbi yardım briqadasının köməyi ilə qızını xəstəxanaya çatdırıb. Həkimlərin səyi nəticəsində yeniyetmə qızı həyata qaytarmaq mümkün olub.
Hadisə yerinə polis əməkdaşları gəlib və Mahir Əsədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Əsədova bir il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 Sentyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















