Icma.az
close
up
RU
Bakıda WUF13 ün ilk günü başa çatıb FOTO KONKRET

Bakıda WUF13 ün ilk günü başa çatıb FOTO KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günü başa çatıb.

KONKRET.az  Trend-ə istinadən xəbər verir ki, forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu da WUF tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.

Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumun ilk günündə WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası kimi önəmli tədbirlər təşkil olunub.

Həmçinin, Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rəsmi bayraq qaldırma mərasimi də keçirilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.

Bundan başqa, “Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyası” “Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması”, “Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq” mövzusunda Biznes Assambleyası sessiyası, “Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik” mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası, Şəhər Rifahı üçün Mənzil və Hamı üçün İmkanlar adlı və “Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil” mövzusunda sessiyalar təşkil edilib.

Açıqlama verən əcnəbi iştirakçılar Bakıda keçirilən WUF13-ün davamlı inkişaf, iqlim dəyişikliklərinin urban mühitə təsiri, müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, əlçatan yaşayış və ekoloji yanaşmalar cəhətdən dünya üçün bir nümunə ola biləcəyinə inandıqlarını açıqlayıblar.

Bakı Olimpiya Stadionunda addımbaşı düzülən könüllülər isə həm media, həm iştirakçılara operativ kömək göstəriblər.

Ümumdünya Şəhərsalma Forumunun ilk günündən fotoları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 May 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri