Icma.az
close
up
RU
Bakıda Xaqani gecəsi keçirilib

Bakıda Xaqani gecəsi keçirilib

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Xaqani gecəsi” adlı bədii-musiqili tədbir keçirilib. 

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq təşkil edilib. 

Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Xaqani Şirvaninin əsərlərinin əsrlər boyu türk xalqlarının mənəvi dünyasında xüsusi yer tutduğunu diqqətə çatdırıb. Fondun zəngin nəşr fəaliyyətindən bəhs edən A.Raimkulova təşkilat tərəfindən türk dünyasının görkəmli klassiklərinin irsinin müxtəlif dillərdə çap edilərək geniş oxucu auditoriyasına təqdim olunduğunu, bu istiqamətdə həyata keçirilən layihələrin isə ortaq mədəni irsin qorunması və təbliğinə xidmət etdiyini vurğulayıb. 

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və Milli Məclisin deputatı Hikmət Babaoğlu da çıxış edərək dahi şairin zəngin ədəbi irsi barədə fikirlərini bölüşüb, Fondun bu istiqamətdəki təşəbbüslərinin təqdirəlayiq olduğunu bildiriblər. 

Tədbir çərçivəsində Xaqani Şirvaniyə həsr olunmuş pyeslər toplusunun təqdimatı keçirilib, eyni zamanda şairin həyat və yaradıcılığını əks etdirən bədii proqram təqdim olunub. Proqramda Xaqani Şirvaninin uşaqlıq və gənclik illərindən başlayaraq həyatının müxtəlif mərhələlərini əks etdirən səhnə obrazları təqdim edilib, şairin sözlərinə bəstələnmiş və ilk dəfə səsləndirilən musiqi əsərləri ifa olunub. 

Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, ədəbiyyatşünaslar, elm adamları, həmçinin media nümayəndələri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri