Icma.az
close
up
RU
Bakıda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu işə başlayıb

Bakıda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu işə başlayıb

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 9-da AMEA Rəyasət Heyətinin binasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu öz işinə başlayıb.

525.az xəbər verir ki, “Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusuna həsr edilmiş tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), TÜRKSOY, Türk Tarix Qurumu, Beynəlxalq Türk Akademiyası və Xaricdəki Türklər və Əqrəba Topluluqları Başkanlığının (YTB) dəstəyi, AMEA-nın və Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilir.

XIV Beynəlxalq Altay Topluluqları Simpoziumuna Azərbaycanla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Hindistan, Çin, Yaponiya, Şimali Makedoniya, Macarıstan, Almaniya və Rusiya Federasiyasından nümayəndələr qatılıb.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Altayşünaslıq üzrə beynəlxalq elmi toplantıların dünya türkologiya elminin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, uzun illər ərzində Azərbaycan alimləri ilə Altayşünaslıq və türkologiya sahəsində fəaliyyət göstərən elmi mərkəzlər arasında möhkəm əlaqələrin və əməkdaşlıq körpülərinin qurulduğunu qeyd edib, həmçinin ötən illərdə müxtəlif ölkələrdə keçirilən Altay Topluluqları Simpoziumlarında iştirak etdiyini xatırladıb. Akademik İsa Həbibbəyli bu ilki simpoziumda bir sıra ölkələrdən alim və tədqiqatçıların iştirakının tədbirin beynəlxalq elmi əhəmiyyətini daha da artırdığını vurğulayıb.

AMEA prezidenti simpoziumun 1926-cı ildə Bakıda, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunmasının xüsusi tarixi və elmi məna daşıdığını bildirib. O, bir əsr öncə keçirilən həmin mötəbər qurultayda türk xalqlarının dili, tarixi, mədəniyyəti və elmi araşdırmalarının gələcəyi ilə bağlı aparılan müzakirələrin bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Birinci Türkoloji Qurultayın yaratdığı elmi ənənələrin davam etdirilməsi və müasir tədqiqatlarla zənginləşdirilməsi türkologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Akademiya prezidenti bu baxımdan XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun Azərbaycanla beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Altay Cəmiyyətləri Akademik Qurumunun prezidenti, İstanbul 29 May Universitetinin professoru İlhan Şahin çıxış edərək tədbirin Bakıda keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O, Birinci Türkoloji Qurultayın 100 illiyinin bu simpozium üçün mühüm tarixi məna kəsb etdiyini qeyd edib. Professor İlhan Şahin yüz il əvvəl Bakıda bir araya gələn alimlərin türk xalqlarının dili, tarixi, mədəniyyəti və cəmiyyətləri ilə bağlı mühüm müzakirələr apardıqlarını xatırladıb. 

Alimin sözlərinə görə, artıq XIV dəfə keçirilən Altay xalqlarının simvolik qurultayları bu məsələlərin elmi müstəvidə müzakirəsi üçün mühüm platformaya çevrilib. Prof. İlhan Şahin builki toplantıda Altay xalqlarının miqrasiyası və köçləri, dil, ədəbiyyat, tarix, din və inanclar, ailə dəyərləri, ənənələr və digər məsələlərin müzakirə ediləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türkologiya araşdırmaları tarixində yeni mərhələnin əsasını qoyduğunu deyərək bildirib ki, ötən 100 il ərzində türkologiya dil və ədəbiyyat araşdırmalarının hüdudlarını aşaraq tarix, arxeologiya, antropologiya, etnoqrafiya, incəsənət tarixi, genetika və rəqəmsal humanitar elmləri də əhatə edən geniş fənlərarası tədqiqat sahəsinə çevrilib. 

Beynəlxalq Türk Akademiyasının prezidenti Altayın Türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını, bu coğrafiyanın türk tarixinin, dillərinin və Avrasiyanın erkən mədəni proseslərinin öyrənilməsində mühüm istinad sahəsi olduğunu vurğulayıb. Altay araşdırmalarında ortaq irsə sahib çıxmaqla həmin irsi monopoliyaya almaq arasında mühüm fərqin olduğunu söyləyən akademik Şahin Mustafayev tarixi-mədəni irsin hər hansı bir xalqın və ya dövlətin müstəsna mülkiyyəti kimi təqdim edilməsinin doğru olmadığını qeyd edib. 

Akademik Şahin Mustafayevin sözlərinə görə, Altay araşdırmaları müxtəlif xalqların tarixi əlaqələrini və mədəni mübadilələrini nəzərə alan, açıq və müqayisəli elmi yanaşma əsasında aparılmalıdır. O, müxtəlif ölkələrdən və elm sahələrindən olan tədqiqatçıların simpozium çərçivəsində bir araya gəlməsinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin İletişim müşaviri Alptekin Cihangir İşbilir, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Tarix Qurumunun sədri prof. Haluk Selvi, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva və keçmiş TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi) başkanı Halit Eren çıxış edərək Altay xalqlarının ortaq tarixi və mədəni irsinin dərindən öyrənilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıblar. Natiqlər bu istiqamətdə tədqiqatların genişləndirilməsinin və beynəlxalq elmi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Beynəlxalq tədbirdə Avrasiyanın tarixi və mədəni inkişafında mühüm rol oynayan Altay topluluqlarının tarix, mədəniyyət və sivilizasiya irsinin ayrı-ayrı aspektləri müzakirə olunub. Müxtəlif elm sahələrindən olan tədqiqatçıların iştirakı ilə Altay topluluqlarının mədəni və sivilizasiya dəyərlərinə dair fərqli elmi yanaşmalar təqdim edilib.

Qeyd edək ki, dörd gün davam edəcək simpozium çərçivəsində 15 ölkəni təmsil edən alim və mütəxəssislərin ümumilikdə 121 məruzəsinin dinlənilməsi nəzərdə tutulur. Elmi tədbirdə Altay topluluqlarının tarixi, dili, mədəniyyəti, etnoqrafiyası və sivilizasiya irsi ilə bağlı müxtəlif mövzuların müzakirəsi, eləcə də bu istiqamətdə aparılan tədqiqatların gələcək perspektivlərinin müəyyənləşdirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri