Icma.az
close
up
RU
Bakıda yağışın yaratdığı problemlər aradan qalxacaq DEPUTAT

Bakıda yağışın yaratdığı problemlər aradan qalxacaq DEPUTAT

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi, paytaxt Bakı və Abşeron yarımadasının sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulması baxımından yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə mühüm əhəmiyyət  daşıyır. 

Müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas konturları müəyyənləşdirilib. 

Uzunmüddətli və kompleks yanaşmanı ehtiva edən bu sənəd urbanizasiya proseslərinin düzgün idarə olunmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bir sıra vacib məsələlər sırasında paytaxt Bakı və Abşeron yarımadasında uzun illərdir yığılıb qalmış içməli su problemləri xüsusi aktuallığı ilə seçilir:

“Bu problemlər zaman-zaman müxtəlif tədbirlərlə aradan qaldırılmağa çalışılsa da, artan əhali sayı, intensiv şəhərsalma prosesi və mövcud infrastrukturun köhnəlməsi məsələnin daha sistemli yanaşma tələb etdiyini göstərir. Məhz bu reallıqlar fonunda dövlətimizin başçısının məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir. 

Bu gün artıq aydın görünür ki, Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt şəhəri və Abşeron rayonunu əhatə edən vahid, genişmiqyaslı və əhatəli dövlət proqramının qəbulu zəruri xarakter alıb. Belə bir proqram region üzrə su təchizatının bütövlükdə yenidən qurulmasını, mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılmasını və gələcək onilliklər üçün dayanıqlı su təminatının yaradılmasını hədəfləməlidir. 

Bu yanaşma yalnız əhalinin gündəlik həyatına birbaşa təsir edən problemlərin həllinə xidmət etmir, həm də paytaxt regionunun sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulmasına imkan verir. 

Dövlət proqramı çərçivəsində həm mövcud su şəbəkələrinin modernləşdirilməsi, həm də yeni infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur ki, bu da regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

S.Salmanova bildirib ki, Dövlət Proqramının icrası nəticəsində paytaxt Bakı və Abşeron yarımadasında su təchizatı sahəsində tarixi əhəmiyyətli infrastruktur layihələri həyata keçiriləcək:

“Belə ki, proqram çərçivəsində tikiləcək yeni su anbarlarının sayı 30-a yaxın olacaq ki, bu da region üçün çox böyük, strateji əhəmiyyət daşıyan investisiyalardır. Hər bir anbar gələcək illərdə əhalinin fasiləsiz və keyfiyyətli içməli suya çıxışını təmin edəcək və su ehtiyatlarının daha səmərəli idarə olunmasına imkan yaradacaq. Layihə çərçivəsində sayğaclaşdırma sistemi də tam olaraq 100 faizə çatdırılacaq. 

Bu, həm əhalinin, həm də müəssisələrin istifadə etdiyi suyun dəqiq hesablanmasına, itkilərin qarşısının alınmasına və su resurslarının daha səmərəli istifadəsinə şərait yaradacaq. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhali təxminən 70 faiz təşkil edir. Dövlət Proqramının icrası nəticəsində bu göstərici 95 faizə yüksələcək ki, bu da əhalinin böyük əksəriyyətinin fasiləsiz və etibarlı su ilə təmin olunması deməkdir”.

Parlamentari onu da qeyd edib ki, Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatı sistemlərinin genişmiqyaslı yenidən qurulması da planlaşdırılır:

“Təxminən 200 kilometrdən çox magistral kanal və eyni qədər paylayıcı şəbəkə yenidən qurulacaq və modernləşdiriləcək. Bu, regionda su təminatının müasir standartlara uyğunlaşdırılmasını, şəhər və qəsəbələrdə əhalinin gündəlik həyatının asanlaşdırılmasını təmin edəcək. Dövlət Proqramı yalnız infrastrukturun yenilənməsini əhatə etmir. 

O, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, şəhər və qəsəbələrdə sosial-iqtisadi inkişafın davamlı əsaslar üzərində qurulmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Uzunmüddətli perspektivdə bu layihələr, həmçinin urbanizasiya proseslərinin daha səmərəli idarə olunmasına, su ehtiyatlarının qorunmasına və regionun dayanıqlı inkişafına təkan verəcək”.

O söyləyib ki, paytaxt Bakıda leysan yağışları yağan kimi şəhərdə həyat demək olar ki, dayanır:

“Küçələrdə nəqliyyat hərəkəti iflic olur, insanlar işinə gecikir, gündəlik iş və fəaliyyət planları pozulur. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət çəkib və bildirib ki, “bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. 

Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun”. Hazırda kanalizasiya xidməti yalnız əhalinin yarısına çatır, lakin Proqramın icrası ilə bu göstərici 95 faizə yüksələcək. 

Bundan başqa, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq. Bu isə şəhərin əksər hissəsində yağış sularının effektiv idarə olunmasını təmin edəcək və eyni zamanda gündəlik həyatın rahatlaşmasına xidmət edəcək, daşqınların qarşısını alacaq və nəqliyyatın fasiləsiz hərəkətinə imkan yaradacaq”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri