Bakıda yaşayış binası təhlükədə: Torpaq sürüşməsi getdikcə artır VİDEO
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayış binasının ətrafında sürüşmə təhlükəsi getdikcə artır.
AZXEBER.COM "Xəzər" TV-yə istinadla xəbər verir ki, güclü yağış və sel nəticəsində baş vermiş uçqunun fəsadları isə hələ də aradan qaldırılmayıb.
İri beton konstruksiyalar avtomobillərin üzərinə aşıb.
Sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində binanın ətrafındakı torpaq qatında ciddi dəyişikliklər baş verib. Hazırda ərazidə uçqun təhlükəsinin olması və yaşayış binasında bəzi çatların əmələ gəlməsi sakinlərin narahatlığını artırıb. Onlar mümkün təhlükənin qarşısının vaxtında alınmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.
Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, problemin aradan qaldırılması məqsədilə FHN-ə və digər aidiyyəti qurumlara müraciət olunub. Müraciətə yenidən baxılacağı və problemin həlli üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 19 Avqust 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















