Icma.az
close
up
RU
Bakıda yayılan bu reklam qəzəb doğurdu: qadağan imiş VİDEO

Bakıda yayılan bu reklam qəzəb doğurdu: qadağan imiş VİDEO

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda “Qara Cümə” adlanan endirim kampaniyası ilə bağlı reklam çarxı sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. Yayılmış görüntülərdə zorakılıq və işgəncə elementlərinin təbliği izləyicilərin kəskin etirazına səbəb olub. 

Qanunla belə reklamlar yayımdan qaldırılmalıdır? Bunu sifariş edən, yayan şirkət cəzalandırıla bilər?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, “Reklam haqqında” Qanuna görə reklam dövlətə çağırışlara, zorakılığa, təcavüzə və oxşar hərəkətlərə təşviq etməməlidir:

“Yəni zorakılıq vizual element kimi göstərilə bilər, lakin “zorakılıq et”, “silah götür” kimi təhrikedici mesajlar qadağandır. Qanunun digər normalarında insan ləyaqətinin, milli-mənəvi dəyərlərin qorunması, insanların həyat və sağlamlığına ziyan vura biləcək çağırışların məhdudlaşdırılması nəzərdə tutulur. Uşaqların müdafiəsi ilə bağlı “Uşaq hüquqları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, reklamda uşaqlara qarşı zorakılığın, nifrətin, kobudluğun və təcavüzkarlığın aşıladılması qadağandır. Son dəyişikliklərə görə, həmin qanun rəqəmsal platformalara da şamil edilir. Beləliklə, televiziyada tətbiq olunan qaydalar onlayn və videoreklamlara da eyni şəkildə aid edilir”.

Ellada Bayramova

Hüquqşünas qeyd edib ki, reklamda zorakılığa çağırış qadağandır və bu halda yaranan məsuliyyət reklam verən, onun istehsalçısı və yayıcısı arasında bölüşdürülür:

“Qanunvericilik əsasən inzibati və korrektiv mexanizmlərə üstünlük verir, cinayət məsuliyyəti isə yalnız xüsusi hallarda tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qanunsuz və ya aldadıcı reklam üçün inzibati məsuliyyət nəzərdə tutulur. Qanunda “əks reklam” mexanizmi mövcuddur. Əgər reklam qanun pozuntusuna yol veribsə, müvafiq dövlət orqanı onun düzəliş edilmiş məzmunla yenidən yayımlanmasına qərar verə bilər və xərcləri pozuntuya yol verən tərəf ödəməlidir. Nəzarət orqanları, o cümlədən Reklam üzrə Dövlət Agentliyi (ADRA) qanuna zidd reklam aşkar etdikdə əvvəlcə xəbərdarlıq və maarifləndirmə tədbirləri tətbiq edir. Düzəliş aparılmadıqda inzibati protokol tərtib edilə və reklamın yayımı dayandırıla bilər. Bundan əlavə, reklamvericilər haqqında mülki məsuliyyət də nəzərdə tutulur. Qanunsuz və ya aldadıcı reklam nəticəsində zərər çəkmiş şəxslər məhkəməyə mülki iddia verə bilərlər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri