Bakıda yeni vakansiya: Əməkhaqqı 66 min manatdan çoxdur
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq Əmək Təşkilatı (BƏK) Bakıda yüksək əməkhaqqı ilə yeni vakansiya elan edib.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, müvafiq iş barədə elan təşkilatın rəsmi saytında dərc olunub.
Bildirilir ki, təşkilatın Avropa və Mərkəzi Asiya departamenti tərəfindən açılan "Layihənin baş administrativ köməkçisi" işi üzrə müddət 1 fevral 2027-ci il tarixindən başlayaraq 16 həftə/ay təşkil edəcək.
"Azərbaycan və Qazaxıstanda effektiv sosial dialoq vasitəsilə əmək sağlamlığı və təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi" adlı layihə çərçivəsində elan edilən bu vəzifə üçün başlanğıc əməkhaqqı isə ildə 66 181 manat təşkil edir.
Layihənin Azərbaycanın Bakı şəhərində olacaq baş administrativ köməkçisi (G6 sinfi) RBSA proqramı çərçivəsində planlaşdırılan tədbirlərin fasiləsiz və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün gündəlik administrativ (inzibati), operativ (əməliyyat) və logistik dəstək göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 Noyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















