UEFA dan Batumidəki qalmaqalla bağlı ilk açıqlama VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
UEFA Avropa Liqasının liqa mərhələsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” (Beer-Şeva) futbol komandaları arasında Gürcüstanda keçirilən qarşılaşmada baş verən insidentə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Avropa futbol qurumu stadionda təhlükəsizliyin təmin olunmamasına görə məsuliyyət daşımadığını bəyan edib.
UEFA-nın rəsmi bəyanatında deyilir:
“Türkiyə Futbol Federasiyası müvafiq yerli hakimiyyət orqanlarının tövsiyəsi əsasında “Beşiktaş” və “Hapoel” arasında qarşılaşmanın İstanbulda keçirilməyəcəyi barədə UEFA-nı məlumatlandırıb. Eyni məlumatda oyunun Batumidə keçiriləcəyi bildirilib.
Mövsümün digər qarşılaşmalarında olduğu kimi, UEFA bu oyunun da təşkilatçısı deyil və buna görə stadionda təhlükəsizliyin təmin edilməsinə məsuliyyət daşımır, bu prosesə nəzarət etmir.
Stadionda bütün qərarlar səlahiyyətli yerli hakimiyyət orqanları tərəfindən qəbul və icra edilib. UEFA-nın məlumatına görə, qarşılaşmanın müvəqqəti dayandırılmasına səbəb olan yerli polislə “Beşiktaş” azarkeşləri arasındakı qarşıdurma polis əməkdaşlarının Türkiyə klubunun azarkeşlərinin yerləşdiyi sektora müdaxiləsindən sonra başlayıb”.
Xatırladaq ki, qarşılaşmanın birinci hissəsində türkiyəli azarkeşlər Fələstinə dəstək nümayiş etdirən pankart açıblar, həmçinin Fələstin bayrağını qaldırıblar. Bundan sonra Gürcüstan polisi müdaxilə edərək bir sıra azarkeşlərə qarşı güc tətbiq edib.
Baş verən qarşıdurma səbəbindən oyun müvəqqəti dayandırılıb. Daha sonra davam edən oyun “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Noyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















