Icma.az
close
up
RU
Bakıda yoqa ilə bağlı növbəti festival keçiriləcək FOTO

Bakıda yoqa ilə bağlı növbəti festival keçiriləcək FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, mətbuat konfransında çıxış edən Nine Senses-in akademik direktoru Nataliya Jukova festivalın əsas məqsədinin şəxsi inkişaf və özünü dərketməyə marağı artırmaq olduğunu bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə ilk dəfə keçirilən festival böyük uğurla yadda qalıb, 1000-dən çox iştirakçı və 50-dən artıq ekspert bir araya gəlib. Bu il isə təşkilatçılar iştirakçı və ekspert sayını daha da artırmağı planlaşdırırlar.

Nataliya Jukova bildirib ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses İncəsənət Mərkəzinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə təşkil olunur.

Jukova bu tədbirin sadəcə yoqa festivalı olmadığını, bədən, ruh və zehinlə işləməyə imkan verdiyini vurğulayıb.

Dörd fərqli filialda baş tutacaq tədbir çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə çalışan ekspertlərlə birbaşa ünsiyyət qura, suallar ünvanlaya biləcəklər. Proqramda sufi fəlsəfəsinə həsr olunmuş xüsusi bir gün də nəzərdə tutulub. Həmin gün xarici ölkələrdən gəlmiş mütəxəssislər sufi mədəniyyətinə dair fikirlərini bölüşəcəklər. Bütün istiqamətlər paralel şəkildə təşkil olunacaq.

Qeyd edək ki, 2025-ci ilin 2–4 may tarixlərində Bakıda baş tutacaq Nine Senses Fest müxtəlif mədəniyyətlərə aid praktikaları – meditasiya, sufilik, yoqa, art-terapiya, elmi mühazirələr, tanınmış sənətçilərin iştirakı ilə konsertlər, ekstatik rəqslər, sufi praktikaları günü və digər sessiyaları “Ruh, Bədən, Zəka” konsepti ətrafında bir araya gətirəcək. Bu ilin şüarı isə “Ənənədən Gerçəyə” olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri