Bakıdakı DÇdə qruplar üçün seçim nüansı İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Bədii gimnastika yarışlarının növbəti olimpiya dövrü üçün yeni texniki reqlamenti 2027-ci ildə Bakıda keçiriləcək dünya çempionatından qüvvəyə minəcək bir bəndi nəzərdə tutur.
İdman.biz xəbər verir ki, söhbət dünya çempionatında qrup komandalarının sayından gedir.
Əgər növbəti iki ildə mövsümün əsas turnirində qrup yarışları ənənəvi olaraq bütün federasiyalar üçün açıq olacaqsa, 2027-ci ildə Bakıda keçiriləcək dünya çempionatında say baxımından məhdudiyyət qoyulacaq. Onların sayı 29-dan çox olmayacaq.
2026-cı ilin nəticələrinə əsasən, 24 ən yaxşı komanda seçiləcək və onlara qitələrin ən güclüləri də əlavə olunacaq.
Qeyd edək ki, qarşıdakı illərdə dünya çempionatlarına Rio de Janeyro (Braziliya, 2025), Frankfurt (Almaniya, 2026) və Bakı (2027) ev sahibliyi edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















