Bakıdakı Dünya kuboku üçün artıq 15 komanda qeydiyyatdan keçib İdman və Biz
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 22-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku uçan gimnastlar üçün mövsümün ilk yarışı olacaq.
İdman.biz xəbər verir ki, yarışın Təşkilat Komitəsi artıq iştirakçı ölkələrdən müraciətlərin qəbuluna başlayıb.
Hazırda 15 komandanın idmançıları Azərbaycanın paytaxtına gəlməyə hazır olduqlarını bildiriblər: İspaniya, İtaliya, Yaponiya, Əlcəzair, Bolqarıstan, Çexiya, Estoniya, Qazaxıstan, Meksika, Polşa, Ukrayna, ABŞ və Özbəkistan. Neytral idmançılardan ibarət komanda da Bakıda yarışmağı planlaşdırır.
Hələlik müraciətlər konkret adlarla bağlı deyil: Dünya kubokunun iştirakçıları daha sonra açıqlanacaq.
Azərbaycan komandasının heyətində 14 idmançı olacaq: onlardan 10-u batut gimnastikası, 4-ü isə tamblinq üzrə yarışacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















