Icma.az
close
up
RU
Bakıdakı piyadaların vay halına: Komissiyalar səkinin zəbtinə heç vaxt reaksiya vermir

Bakıdakı piyadaların vay halına: Komissiyalar səkinin zəbtinə heç vaxt reaksiya vermir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Paytaxtda binalar uçur, komissiyalar real təhlükəni həll etməkdə acizdir


Paytaxtımızın piyadayönümlü olmasını istəyiriksə, səkilərin zəbt edilməsinə imkan verilməməlidir

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatında bildirilib. Müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işlərindən söz açılıb. Müşavirə zamanı paytaxtımızda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb. Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin. Qeyd edilib ki, Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir. Həmçinin müşavirədə paytaxtımızda piyada zonalarının genişləndirilməsi və yeni ərazilərdə belə zonaların yaradılması müzakirə olunub.

Əslində, bu məlumatda əsaslı bir yenilik də yoxdur. BŞİH-nin ənənəvi müşavirələrindən biridir. Belə müşavirələr BŞİH-də vaxtaşırı keçirilir. Və nə sirdirsə, hər dəfə müşavirə keçirildikdən sonra paytaxtda ya hansısa tarixi binanın sökülməsinin, ya hansısa səkinin zəbt olunmasının, eləcə də evləri sökülən sakinlərin narazılığının şahidi oluruq. Yaxşı, bəs bu yeni yaradılan komissiya nədir, nəyə xidmət edəcək? Məlumatda yazılanlar məlumdur. Marağa səbəb olan budur ki, indiyədək paytaxtda aparılan söküntülər məgər komissiyasız, icazəsiz-filansız aparılırdı? Söküntü xəbərlərinin ardı-arası kəsilmir heç. İndiyədək paytaxtda nə qədər bina, ev sökülüb. Məlumatlardan biri budur: “Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə (!) start verilib. Söküntü prosesinin həyata keçirilməsi üçün təhlil və texniki sənədlərin hazırlanması üzrə podratçı təşkilat artıq müəyyən edilib. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə "Archico Project" MMC arasında müqavilə imzalanıb. Şirkət seçilmiş ünvanlarda söküntü işlərinin planlaşdırılması, texniki əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasını həyata keçirəcək. Söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlar bunlardır: Suraxanı rayonu – Xanlar Ələkbərov küçəsi ev 87. Binəqədi rayonu - Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19. Sabunçu rayonu – Babək küçəsi ev 23, M.Frunze küçəsi ev 16, 6-cı Mədən küçəsi ev 38, Məmmədəliyev küçəsi ev 32. Bu proseslər paytaxtda yaşayış təhlükəsizliyinin artırılması və köhnəlmiş tikililərin yenilənməsi məqsədilə həyata keçirilən genişmiqyaslı proqram çərçivəsində aparılır”. Digər məlumat da ötən aylara aiddir: 2025-ci ildə dövlət büdcəsindən qəzalı binalarla bağlı problemin həlli üçün 50 milyon manata yaxın vəsait nəzərdə tutulub. HİT.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, Bakının Suraxanı rayonu üzrə 63, Nəsimi rayonu üzrə 226, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur. Plana düşən bəzi binalar sökülüb, bəziləri ilə bağlı tikinti şirkətləri sakinlərlə danışıq aparıb və yaxın zamanda söküləcəyini bildirib, lakin bir çox yerdə isə sakinlər, ümumiyyətlə, binalarının nə vaxt söküləcəyi, onlara nə qədər kompensasiya veriləcəyi ilə bağlı məlumatsızdırlar. Yeniliklərdən biri də odur ki, bir çox ərazilərdə söküləcək binaların yerində binalar tikilməyəcək, parklar salınacaq.

Bu məlumatsa lap ilgincdir. Məlumatda BŞİH-də qəzalı vəziyyətdə olan binalarla bağlı komissiya yaradıldığı bildirilir. Məlumat 2022-ci ilin aprel ayına aiddir: “Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb. BŞİH başçısının müvafiq sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib. Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb. Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb. Beləliklə, qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə Rayon İcra Hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyır. Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar”.

Belə çıxır ki, hər dəfə paytaxtda binalar söküldükcə, BŞİH yeni komissiya formalaşdırır? Şəhərdə söküntü isə davam edir, səkilərin zəbti də həmçinin.


Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında bildirdi ki, BŞİH-də keçirilən müşavirələr şəhər təsərrüfatının idarə edilməsində yaranan problemlərin həlli, qəzalı binalarla bağlı layihələrin icrasının sürətlənməsi baxımından müsbətdir:


- Amma komissiya gərək işini şəffaf qursun. İnventarizasiya, qəzalı binaların qiymətləndirilməsi, sakinlərin təhlükəsizliyinin təmini və mənzillə təminatları qanun çərçivəsində, vətəndaşların ehtiyacı nəzərə alınaraq təmin edilsin. Bəzən görürsən ki, hansısa ərazidə bina lap köhnədir, qəzalı vəziyyətdədir, sakinlərin həyatı üçün real təhlükə var, amma illərdir ki, sökülmür, necə var, elə də qalıb. Amma hansısa digər ərazidə istismara hələ də yararlı bina sökülür, sakinlərsə razı salınmır, problemlər, mübahisələr yaranır. Belə vəziyyət aidiyyəti qurumların bir-biriylə paralel, əlaqəli fəaliyyət göstərməməsindən yaranır. Biri deyir, bu bina balansımızda deyil, o biri deyir, hansısa MTK, MMC inşa edəcək. Beləliklə də, narazılıqlar yaranır. Tarixi binaların sökülməsi də Bakının memarlıq üslubunu kökündən dəyişir. Tarixi binalarla bağlı xüsusi komissiya olmalıdır və bu cür binalara həssas yanaşılmalıdır. Əgər restavrasiya imkanı varsa, onlara toxunulmamalı, tarixi memarlıq abidəsi kimi saxlanılmalıdır. Belə olduqda biz Bakını şərqlə qərbi birləşdirən şəhər hesab edə bilərik.


Səkilərin zəbt edilməsinə gəlincə, V.Tofiqli bunun ağrılı problem olduğunu dedi:

- Paytaxtımızın piyadayönümlü olmasını istəyiriksə, səkilərin zəbt edilməsinə imkan verilməməlidir. Qəzalı binanın sökülməsi o demək deyil ki, yeni bina səkinin, həyətin hesabına tikilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see276

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see249

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see221

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see207

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see202

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see184

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see150

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see147

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see144

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see141

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see138

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see136

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see135

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri