Icma.az
close
up
RU
Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 19 noyabr, AZƏRTAC

Daşkənddə “Qazaxıstan Temir Jolu” SC və “Özbəkistan Temir Yullari” SC-nin nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib.

AZƏRTAC “Rail-news.kz” saytına istinadla xəbər verir ki, nümayəndə heyətləri dörd gün ərzində “Özbəkistan Temir Yullari” SC-nin ayrı-ayrı istiqamətlərində və stansiyalarında yaranmış yüklənmə ilə bağlı məsələləri ətraflı şəkildə müzakirə ediblər.

Görüş zamanı 2025-ci ilin ilk on ayı üzrə daşımaların nəticələri qeyd olunub. Belə ki, Qazaxıstan və Özbəkistan arasında yükdaşımanın həcmi 22,9 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur.

Kütləvi daşımaların başladığı mövsüm “Qazaxıstan Temir Jolu” SC üçün çətinliklər yaradıb. Sərhəddəki Sarıağaş dövlətlərarası qovşaq nöqtəsi (DQN) istiqamətində yüklə dolu səkkiz mindən çox vaqon toplanıb.

Özbəkistan tərəfi özəl vaqon parkının nəzərdə tutulan normanı təxminən altı min vaqon üstələyərək əhəmiyyətli dərəcədə artdığını bildirib. Artan vaqon axını səbəbindən çətinlik müşahidə olunan on dörd stansiya müəyyən edilib.

Qatar mübadiləsinin sabitləşdirilməsi üçün Özbəkistan tərəfi istiqamətlər üzrə müəyyən olunmuş həcm və yük nomenklaturasına əməl olunmasını, həmçinin vaqon axınlarının Sarıağaş Dövlətlərarası qovşaq nöqtəsindan Oazis DQN-ə yenidən yönləndirilməsini təklif edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri