Icma.az
close
up
RU
Futbol bileti olanlar vizanı tez alacaqlar

Futbol bileti olanlar vizanı tez alacaqlar

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident Donald Tramp 2026 FIFA Dünya Kuboku üçün ABŞ-yə gələcək futbol azarkeşlərinə viza prosesində üstünlük verəcək yeni sistemi elan edib.

"Cebheinfo.az" xəbər verir ki, o, Ağ Evdə FIFA Prezidenti Canni İnfantino ilə birlikdə çıxış edb. Tramp Dünya Kubokuna bileti olanların viza müsahibələri üçün “üstünlük verilmiş görüş” almağa imkan yaradacaq sistemə “FIFA PASS” adının verildiyini açıqlayıb.

Tramp bildirib ki, Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyi azarkeşlərin ölkəyə asanlıqla daxil ola bilməsi üçün fasiləsiz çalışır. “İdarəmə 2026 Dünya Kubokunu tarixdəki ən uğurlu tədbirə çevirmək üçün bütün səlahiyyətlərdən istifadə etməyi tapşırdım. Bu, tarixi bir hadisə olacaq və bilet satışlarında rekordlar qırırıq”,- deyə vurğulayıb.

FIFA Prezidenti Canni İnfantino turnuva üçün 5–10 milyon insanın ABŞ-yə gələcəyini  bildirib. “Bu FIFA PASS sayəsində bilet alan həqiqi futbolsevərlərin viza prosesi daha sürətli olacaq və onlar Dünya Kubokunu ən yaxşı şəraitdə yaşaya biləcəklər”,- deyə qeyd edib.

ABŞ dövlət katibi Marko Rubio viza müraciətlərinin artan həcmini qarşılamaq üçün dünya üzrə səfirliklərə 400-dən çox konsul əməkdaşının göndərildiyini açıqlayıb. Rubio bəzi ölkələrdə personal sayının ikiqat artırıldığını da bildirib: “Artıq dünyanın təxminən 80%-də 60 gün ərzində görüş almaq mümkündür. Keçmişdə bu müddət yarım ilə qədər uzanırdı”. O, Dünya Kubokuna bileti olanların sürətləndirilmiş görüş hüququna sahib olacağını, lakin biletin viza olmadığını vurğulayıb.

“Son dəqiqəyə saxlamayın. Bilet almaq ABŞ-yə giriş zəmanəti deyil. Bu, sadəcə sürətləndirilmiş görüş hüququ verir”,- deyən Rubio FIFA PASS istifadəçilərinin digər müraciətçilərlə eyni təhlükəsizlik yoxlamasından keçəcəyini bildirib.

İnfantino Dünya Kubokunun püşkatmasının 5 dekabrda Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcəyini, turnirin dünya üzrə 6 milyard izləyiciyə çatacağını və püşkatmanın 1 milyard insan tərəfindən izlənəcəyini gözlədiklərini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri