Icma.az
close
up
RU
Bakıdan dünyaya: QHT lər xarici siyasətin yeni aparıcı gücünə çevrilir

Bakıdan dünyaya: QHT lər xarici siyasətin yeni aparıcı gücünə çevrilir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu


“Qərbi Azərbaycan” uğrunda yeni ideoloji cəbhə açılır

Son illərdə Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının “Qərbi Azərbaycana qayıdış” istiqamətində fəaliyyəti əhəmiyyətli dərəcədə artıb. Bu fəallıq xüsusilə 2020-ci ildən sonra – Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra daha geniş miqyas alıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə icra edilən layihələrə dair brifinqdə deyib ki, QHT-lərin “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə indiki fəallığı heç vaxt olmayıb. Onun sözlərinə görə, son üç ildə bu mövzu Agentliyin qrant müsabiqələrinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib: “Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. QHT-lər təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də “Qərbi Azərbaycana qayıdış” ideyasının təbliğinə çalışırlar. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə, bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib".

A.Əliyeva bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir: "Eyni zamanda Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək”.


“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Sherg.az-a açıqlamasında bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqi bir daha göstərdi ki, dövlət üçün vacib olan bu strateji sahədə QHT xətti üzrə hansı miqyasda iş aparılır:


 “Əgər son 3 ildə “Qərbi Azərbaycana qayıdış” mövzusunda QHT-lərin 54 təşəbbüsü dəstəklənmişdisə, 2025-ci ildə bu mövzuda 51 QHT layihəsi icra olunur. Etiraf etmək lazımdır ki, bu miqyasda kəmiyyət və keyfiyyət heç vaxt olmayıb. QHT-lər “Qərbi Azərbaycana qayıdış”la bağlı ortaya sanballı işlər qoyur, mötəbər tədbirlər keçirir. Bu mənzərə, əslində, QHT sektorunda aparılan islahatların uğurudur. Cəmi 2 il əvvəl biz “Biləcəri stansiyası”nda ilişib qalmaqdan şikayətlənirdik, indi Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni formatda fəaliyyəti, institusional böyüməsi, genişlənən beynəlxalq əlaqələri, milli QHT sektorunun inkişafı üçün həyata keçirdiyi təşəbbüslər ortada olan sistemli bir fəaliyyəti, bilik, bacarığı, potensialı nümayiş etdirir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu il ilk dəfə regional layihələrə başladı - İraq, Suriya və Türkiyədə yaşayan azərbaycanlılarla – türkmənlərlə həmrəylik forumu edib. Biz indi bu forumun ardına hazırlaşırıq. Bu ilin aprelində müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi olan hadisə baş verdi – 116 ölkədən QHT-lər səsimizə səs verdi, Bakı Qlobal Cənub QHT Platformasının mərkəzinə çevrilib”.


Z.İbrahimlinin sözlərinə görə, QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə edilməsi milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub: 

“Artıq inamla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər. Təəssüf ki, bəzən görürük ki, “bulanıq su” xiffəti ilə yaşayanları, qrant dəllal və dələduzlarını bu uğurlar cılız ambisiyaları naminə narahat edir, onlar bu sektorun ləkəli, qeyri-şəffaf qalmasında maraqlıdırlar. Utanmadan Azərbaycanın düşmənləri, anti-Azərbaycan şəbəkəsi ilə vasitəçilər tapıb əlaqələrə çıxırlar, onlara öz intellekt səviyyələrində “nüfuzdansalıcı” materiallar ötürürlər, elə bilirlər ki, heç kim görmür və bilmir. Görülən işləri qaralamaq, heçə endirmək, şər-böhtan atmaq üçün alışıb-yanırlar. İşin bəlkə də ən toxunan hissəsi bütün bu riyakarlıqları bəzilərinin “Qərbi Azərbaycan” adı altında etməsidir. Elə bilirlər ki, kimsə hansısa mandat daşıyırsa, bu ona zirehdir, o, ağlına nə gəlirsə, edə, deyə bilər. Halbuki, etimadı doğrultmaq, Qərbi Azərbaycan adına layiq işlər görmək əsas qayğı olmalı idi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri