Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Azarkeşlik mədəniyyəti güclənir: Gənclər idmanın aparıcı gücünə çevrilir

Azarkeşlik mədəniyyəti güclənir: Gənclər idmanın aparıcı gücünə çevrilir

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azarkeşlik mədəniyyəti güclənir: Gənclər idmanın aparıcı gücünə çevrilir

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyi 2022-ci ildə yaradılıb. Artıq 3 ildən çoxdur ki, fəaliyyət göstərən birliyin üzvləri əsasən gənclərdən ibarətdir. Məqsədləri isə Azərbaycanda idmanın kütləviliyinin artırılmasına dəstək vermək və gənclərin asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdir. Bugünkü mövzumuz azarkeş birliyinə və onların idmançılara təsirinə həsr olunub. Azərbaycan "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Atanur Cəfərli gənclərin idman yarışlarına marağının çox böyük olduğunu bildirib:

“Bildiyiniz kimi, ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Biz də bu yarışlar üçün könüllülərimizdən çoxlu müraciətlər alırıq. Onlar bu yarışların təşkilində birbaşa iştirak etmək istəyirlər. Könüllülərimizi bu proseslərə cəlb etmək üçün öz bazamızı genişləndiririk. Üzv olmaq istəyən hər kəs müsahibə mərhələmizdən keçməlidir. Bundan sonra bizim sıralarımıza qoşula bilirlər. Onu da qeyd edim ki, getdikcə sayımız artır. İnanıram ki, gələcəkdə sayımız artıq minlərlə nəfər olacaq. Ən çox maraq göstərilən idman növü futboldur. Daha çox "Qarabağ"ın avrokuboklardakı oyunları üçün müraciətlər daxil olur. Digər idman növlərindən isə güləş və cüdonun adını çəkə bilərəm".

A.Cəfərli bu sahədə gördükləri işlərdən danışıb:

"Biz Gənclər və İdman Nazirliyi ilə daim əməkdaşlıq aparırıq. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının əksəriyyəti ilə müqaviləmiz var. Gənclərimiz həmin federasiyaların yarışlarının təşkilində bilavasitə könüllü olurlar və ya ölkəmizdə təşkil olunan beynəlxalq yarışlarda idmançılarımızı dəstəkləmək üçün azarkeş qrupu kimi fəaliyyət göstərirlər".

Atanur Cəfərli

Həmsöhbətimiz qeyd edib ki, 3 il ərzində demək olar ki, ölkəmizdə keçirilən bütün beynəlxalq yarışların təşkilində könüllü və ya azarkeş kimi iştirak ediblər:

"İndiyədək o qədər idman yarışında könüllü və azarkeş olmuşuq ki... Dəqiq say deyə bilməyəcəyəm. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq idman turnirlərində Azərbaycanı təmsil edən idmançıları dəstəkləmək üçün səfərlər etmişik. Konyadakı İslam Həmrəyliyi Oyunlarını, Polşadakı Avropa Oyunlarını, Parisdəki Yay Olimpiya Oyunlarını və Serbiyadakı yeniyetmələr arasında gimnaziadanı misal çəkə bilərəm".

A.Cəfərli qeyd edib ki, gənclərin idman könüllüsü olmasında bir çox həvəsləndirici məqam var:

“Bunlardan birincisi sosiallaşmaqdır. Onlar istəyirlər ki, bizim kimi könüllü təşkilatlarında fəaliyyət göstərərək yeni tanışlıqlar, dostluq əlaqələri qursunlar. İdman könüllüsü olaraq komanda işi və s. şəxsi bacarıqlarını inkişaf etdirmək üçün bizə qoşulurlar. Əlavə olaraq onlar həm də ölkəmizə gələn idmançıları görmək fürsəti əldə edirlər. Məsələn, bu mövzuda "Qarabağ"ın oyunları, cüdo, güləş çempionatlarını misal çəkmək mümkündür".

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri