Icma.az
close
up
RU
Bakıdan ev almaq istəyənlərə xəbərdarlıq Bu ərazilərdə qiymətlər qalxacaq

Bakıdan ev almaq istəyənlərə xəbərdarlıq Bu ərazilərdə qiymətlər qalxacaq

Lent az saytına istinadən Icma.az xəbər verir.

İldən-ilə daşınmaz əmlakın, xüsusən də mənzillərin qiyməti artır.

Bəs görəsən, hazırda şəhərin hansı ərazisindən ev almaq həm qiymət, həm də gələcək perspektivlər üçün daha sərfəlidir? Hansı ərazilərdə qiymətlər növbəti ildən artacaq?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, uzun müddətli investisiya üçün Hövsandan mənzil almaq sərfəlidir:

“Hövsanın gələcəkdə çox böyük inkişaf imkanları olacaq. Bundan əlavə həm yükdaşıma, həm də tikintinin həcmi baxımından orada MİDA-nın çoxsaylı binaları inşa olunacaq. Hövsanın əhalisi bir müddət sonra say baxımından daha çox artacaq. İnfrastrukturun bu ərazidə inkişafı oranın ayrıca şəhərə çevrilməyinə də şərait yarada bilər.

Ələt Azad İqtisadi Zonasında həm iqtisadi fəaliyyət, həm də gələcəkdə xarici investrların ən çox müraciət edəcəyi iqtisadi bölgə olacaq. Həm Hövsanda, həm də Ələtdə hər hansısa daşınmaz əmlaka malik olmaq bir müddət sonra onun dəyər qazanmasına səbəb olacaq. Şəhərin mərkəzi tikintinin həcminə görə dolur, ona görə də yaxın gələcəkdə mərkəzdəki qiymətlər digər ərazilərə nisbətən daha az artacaq”.

İqtisadçı qeyd edib ki, 2027-ci ildə mənzillərin qiymətində durğunluq yaranacaq:

“Hansı sahələrdə ki, yenidənqurma işləri aparılır, infrastruktur yenilənməsi həyata keçirilir və ora insan axını yönəlirsə, (yəni mərkəz və mərkəzə yaxın ərazilərdə qiymət yüksək olduğundan daha çox periferik zonalara müraciət olunur) orada daşınmaz əmlakın qiymətinin daha çox artımı gözlənilir. Eyni zamanda yeni salınan yollar, nəqliyyat əlçatanlığının təmin olunması, habelə böyük komplekslərin inşası, (məsələn Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsi) həmin ərazilərdə qiymət artımını labüdləşdirir, sözügedən ərazilərin perspektivini daha da artırır. Əsasən Qarabağ və Şərqi Zəngəzur zonalarına, Azərbaycan turizminin inkişaf etdiyi və ya inkişafda olduğu ərazilərinə investsiya yatırımı daha əlverişlidir. Həmin yerlərdəki obyektlərin qiyməti yaxın gələcəkdə çox ciddi bahalaşacaq. Qəbələ, Şəki, Zaqatala, habelə, cənub bölgəsi, eyni zamanda Quba, Qusar rayonlarında qiymətlər artacaq.

Ümumiyyətlə, dövlət və ya hər hansısa investor əsaslı bir layihə icra etməyə başlayanda, həmin əraziyə yaxın yerlərdə qiymət artımı labüdləşir. Bu baxımdan Hökməli-Qobu yolunun yenidən təmiri və inşası oraya yaxın yerlərdəki mənzillərin qiymətinin artmasına səbəb olacaq. Bütünlükdə götürdükdə istənilən əmlak öz dəyərini son illərdə durmadan artırır. 2026-cı ildə də bunu görəcəyik, lakin bu artım əvvəlki illərə nisbətən öz intensivliyi ilə seçilməyəcək, 2027-ci ildə isə sözügedən tendensiya daha da dərinləşəcək. Həmin il əmlak qiymətlərinin daha da sabitləşdiyi il ola bilər. Nəzərə alsaq ki, həmin il həm də Azərbaycan milli valyutasının (manatın) xarici valyutalara nisbətdə üzən məzənnəyə (sərbəst) keçmə ehtimalı var. Bu sə daşınmaz əmlak bazarında bu proses ilk növbədə durğunluq yaradacaq, qiymətlərdə qeyri-müəyyənlik olacaq. Əmlakın qiyməti manatla artsa da, xarici valyutalarda həmin məbləğlər azala, yaxud sabit qala bilər.

Ümumi proqnoz olaraq onu qeyd edə bilərəm ki, hazırda daşınmaz əmlak almaq və onu idarə etmək daha məqsədəuyğundur. Vətəndaşlara tövsiyəmiz odur ki, daşınmaz əmlakdan daha çox səmərəli istifadə barədə düşünsünlər. 2021-dən 2026-da daxil olmaqla, əmlakın heç bir fəaliyyət göstərmədən dəyərinin artdığı illər kimi yadda qalacaq, amma yaxın gələcəkdə həm də əmlakdan faydalı və rentabelli istifadə etmək, icarəyə vermək daha daha məqsədə uyğun olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri